Ənənəyə uyğun olaraq iyul ayının son bazar günü, 26.07.2026-cı ildə AYB Mingəçevir bölməsinin “Paltra” ədəbi məclisinin növbəti toplantısı keçirildi.
Toplantıya giriş sözü ilə başlayan bölmə sədri, şair Elşən Əzim öncə bölmənin yaradıcısı və 27 il sədri olmuş mərhum şair- publisist İsmayıl İmanzadənin “Söz odası” jurnalında çap olunmuş şeirlərindən birini oxudu. Elşən Əzim qeyd etdi ki, bütün məclislərimizdə İsmayıl İmanzadənin bir şeirini oxumağı ənənəyə çevirsək, ustada sayğımızı ifadə etmiş olarıq.
Sonra qarşıda duran məsələlərin, gələcək planların, nəzərdə tutulan tədbirlərin təşkil olunması istiqamətində müzakirələr aparıldı.
Çıxış edənlər- MDU-nun müəllimi Mehman Rəsulov, gənc şair Nicat Hunalp, şəhər ziyalısı Rizvan Mikayılov, şair Əhməd Əfsun, modernist şair- drammaturq Elçin Məhərrəm, satirik şair Eldəniz Cəfəroğlu, məclisə ilk dəfə Bərdə şəhərindən gələrək qatılan Şakir Musaoğlu, şair Sərdar Xankişiyev və b. yeni yazılarınını- şeir və hekayələrini oxudular.
Təqdim olunan mətnlər peşəkar şəkildə təhlil olundu, müəlliflərə irad və təkliflər bildirildi.