Bu gün mənim üçün doğma və əziz olan bir insanın- Aqil Abbasın doğum günüdür. Jurnalist, yazıçı, deputat kimi də yerində olan, möhtəşəm bir insandır. Cəsarətli, qorxmaz,ürəkli,xeyirxah bir insandır. Onunla söhbən edən Aqil Abbasın dadlı, duzlu sözlərindən doymur.
Onun 2009-cu ildə möhtəbər bir tədbirdə haqqımda dediyi müsbət sözləri hər zaman xatırlayıram.
Mən sadəcə olaraq Aqil Abbası səmimi qəlbdən təbrik edirəm, ona ən əsası can sağlığı arzulayıram. 100 yaşa əziz insan. Allah səni, ailəni hər zaman qorusun!
Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru