Ana Vətən Partiyasının bir qrup üzvü 27 sentyabr Anım Günündə II Qarabağ Savaşında Şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət ediblər.
Siyasi qurumun mətbuat xidmətindən Kanal32.az-a verilən məlumata görə,partiya üzvləri Şəhidlərimizi “27 Sentyabr 2020 cil il-əsrə bərabər tarix, Zəfərə gedən gün!” şüarı ilə anıblar. II Vətən Savaşı Şəhidlərinin məzarları önünə güllər dəstələri düzüblər, onların ruhuna dualar oxuyublar.
Anım mərasimində Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı bir qrup Anavətənçi Qadınlarla iştirak ediblər.
Partiya rəhbərliyi adından çıxış edən Qadınlar Şurasının sədri Günay Ağamalı bildirib ki, bu gün ölümsüzlərin əbədiyyata qovuşduğu unudulmaz Zəfər yolunun başlanğıcı olub. Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, iradəsi, sərkərdəlik istedadı, qəhrəman Silahlı Qüvvələrimizin igidliyi işğal olunmuş tarixi torpaqlarımızı erməni barbarlığından, vandallığından yırtıcılığından xilas etdi. Haqqlarını heç zaman ödəyə bilməyəcəyimiz Xalqımızın zədələnmiş qürurunu bərpa edən Ölkə Başçımıza, qəhrəman Silahlı qüvvələrimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizin əziz xatirəsini anmaq hər bir Azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur.