Aldadılan sahibkarlar çarəsiz durumda-Muvafiq qurumlar isə…-VİDEO

Mingəçevirdə su-kanalizasiya işlərini görən şirkət sahibkarlara verdikləri sözü yerinə yetirmədilər.

Bir qrup sahibkar Mingəçevirdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini görən podratçı şirkət “Emek Mühendislik” MMC-nin onlara olan borcunu ödəmədiyini iddia edir.

Ötən yazımızdan və  çəkilişlərindən sonra Uğur Yeniçeri və Serdar Kaya yaxın 1 aya sahibkarların pillarini ödəyəcəklərinə dair söz verdilər. Lakin bir aydan çox vaxt keçsə də yenə vədlərinə əməl etməyiblər.

Qeyd edək ki, “Emek Mühendislik” MMC 27 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Bakı şəhəri Nəsimi rayonu, Cavad xan, ev 70, m. 19”da yerləşən şirkətin qanuni təmsilçisi Serdar Kayadır. 10 manat nizamnamə kapitalı olan MMC-nin bu günə – 24 iyul 2024-cü ilə dövlət büdcəsinə 503 min 815 manat 80 qəpik vergi borcu var.

Serdar Kaya verdiyi açıqlamada sahibkarlara borcunun olduğunu təsdiqləyib və bildirib ki, yaxın günlərdə borcu nə vaxt ödəyəcəklərinə dair sahibkarlara məlumat verəcək.Lakin iki türk vətəndaşı kimlərəsə arxalanaraq verdikləri vədi yerinə yetirmədi. İndi bu işlə heç maraqlanan bir qrum da yoxdur.

Ətraflı videoda:

Bəs görəsən,bu türkü aldadan və dolandıran hansı qurum?

Xatırladaq ki, “Nort Vest Konstrakşn” MMC 2021-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən 40 milyon 735 min 655 manat 78 qəpik dəyərindəki tender müsabiqəsinin qalibi olub. Tenderin şərtlərinə görə, MMC Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini görməlidir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 min manat olan “Nort Vest Konstrakşn” MMC 14 dekabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı ölkəninən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur.

Esmira Hidayətova,

Mingəçevir

Aldadılan sahibkarlar çarəsiz durumda-Muvafiq qurumlar isə...-VİDEO