Ailələrə Sosial Dayaq İctimai Birliyi QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial Müdafiəsi” adlı layihəyə start verib.
Kanal32.az-a verilən məlumata görə layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir.Layıhədə qarşıda duran əsas vəzifə uşaqların özlərini kəşf edə bilmələrini ,yaşadıqları problemlərin öhdəsindən gələ bilmələrini ,həyata daha pozitiv və real baxa bilmələrini,yaşam keyfiyyətlərini yüksəltməyi ,cəmiyyətə özlərini qəbul etdirə bilmələrini tədbir və fəaliyyətlər yolu ilə öyrətməkdən ibarətdir. Layihənin hədəf qrupu 6-13 yaş arası uşaqlardır.
Layihənin ilk tədbiri 20.07.2024-cü il tarixində Sosial əməkdaşlıq mənəvi və psixoloji dəstək duyğusal inkişaf mövzusunda olub. Tədbiri ilk olaraq Layihə rəhbəri açıb.
O iştirakçıları salamlayaraq onlara layihə haqqında qısa məlumat verib. Daha sonra Psixoloq hədəf qrupunun üzvlərinin bir birlərini yaxından tanımaları üçün oyunlar keçirib.
Onların özlərini təqdim etmələrini və yoldaşlarını tanımalarında yardımçı olub. Sonra iştirakçılar üçün çay fasiləsi təşkil olunub. Fasilədən sonra pedaqoq uşaqlar üçün maraqlı söhbətlər və oyunlar təşkil edib.
Nahar fasiləsindən sonra iştirakçılar layihənin həyata keçirildiyi ərazinin parkında maraqlı oyunlar oynayıb əyləncəli vaxt keçiriblər. Sonda iştirakçılar üçün gəmi gəzintisi təşkil olunub.