Ailələrə Sosial Dayaq İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosia Müdafiəsi” adlı layihəyə start verib.
Layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Bunun üçün , uşaqların özlərini kəşf edə bilmələrini ,yaşadıqları probleərin öhdəsindən gələ bilmələrini ,həyata daha pozitif və real baxa bilmələrini,yaşam keyfiyyətlərini yüksəltməyi ,cəmiyyətə özlərini qəbul etdirə bilmələrini tədbir və fəaliyyətlər yolu ilə öyrətməkdən ibarətdir.
Layihənin hədəf qrupu 6-13 yaş arası uşaqlardır. Layihə çərçivəsində “Sosial əməkdaşlıq” , “Ailəmi sevirəm”, “İçimdəki istedad”, “Mənim doğma şəhərim”, “Birlikdə əylənək”, “Cəmiyyət və mən” adlı tədbirlər həyata keçiriləcək.
Layihə Mingəçevir şəhərində yaşayan aztəminatlı ailələri əhatə edəcək və 3 ay davam edəcək