Azərbaycan İdman Akademiyasında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş elmi seminar keçirilib.
Elmi seminarda Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, Azərbaycan xalqının azadlıq mübarizəsində tutduğu mühüm yer və milli yaddaşımızdakı əhəmiyyəti barədə haqqında iştirakçılara məlumat verib.
Sonra dosent Əli Ələkbərov 20 Yanvar hadisələrinə elmi yanaşma sərgiləyib, faciənin ictimai-siyasi nəticələrindən danışıb, bu tarixi hadisənin gələcək nəsillər tərəfindən düzgün dərk edilməsinin vacibliyini vurğulayıb.
Natiqlər bildiriblər ki,20 Yanvar soyqırımı Azərbaycan xalqının milli özünüdərk prosesində ilk baxışda sarsıdıcı, lakin formalaşdırıcı rol oynayıb.Qanla yazılan bu tarix milli şüurun oyanışı, qorxu sindromunun dağılması və siyasi iradənin formalaşması baxımından həlledici mərhələ olub.
#SportsAcademy #ASA