Ağdaşda mühüm tədbir:“Bir millətin oyanışı”ndan “Oğul” filminin nümayişinə-FOTOLAR

Ağdaşda 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə “Bir millətin oyanışı” adlı tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatından bəhs edən “Oğul” filminin nümayişi keçirilib.

KANAL32.az xəbər verir ki,tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev,hüquq-mühafizə orqanlarının rəhbərləri,rayonda faəliyyət göstərən qurumların nümayəndələri,rayon sakinləri,gənclər və media təmsilçiləri iştirak ediblər.

Yüksək səviyyədə təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş məlumat xarakterli videoçarx  nümayiş etdirilib.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Aynur  Novruzova çıxış edərək Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışıb.

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov  onunla bağlı xatirələrindən söz açıb.Ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

       

Digər çıxışçı-Natiq Qasımova həsr olunan “Aramızda bir igid vardı” kitabının redaktoru,Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq İnqilab Şirinli Milli Qəhrəmanın döyüş yolunun və onun haqqında çəkilən “Oğul” filminin tarixi-ideolji əhəmiyyətindən danışıb.

Sonra isə Milli Qəhrəman Natiq Qasımovun həyatından bəhs edən “Oğul” filmi nümayiş etdirilib. Peşəkar yaradıcı heyət tərəfindən çəkilən və mühüm sənədli faktların yer aldığı filim bütün iştirakçılara duyğulu anlar yaşadıb.

Müəllif: Azər Səfərli

 

Ağdaşda ümühüm tədbir:“Bir millətin oyanışı”ndan “Oğul” filminin nümayişinə-FOTOLAR