Ağdaş Dövlət Humanitar Kollecində infosessiya keçirilib-FOTOLAR

Kollec tələbləri  informasiya təhlükəsizliyi və saxta məlumatlara qarşı mübarizənin yollarını öyrəniblər.
5 mart 2025-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kollecində Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq,”Kanal32″ Media Şəbəkəsinin rəhbəri İnqilab Şirinlinin təşəbbüsü ilə “İnformasiya təhlükəsizliyi və saxta məlumatlara qarşı mübarizə” mövzusunda infosessiya keçirilib.
Kanal32.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd tələbələri müasir informasiya mühitində mövcud olan risklər, dezinformasiya halları və kibertəhlükələr barədə maarifləndirmək, onların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq olub.
İnfosessiya zamanı İnqilab Şirinli bildirib ki,müasir dövrdə informasiya cəmiyyətin əsas strateji resurslarından birinə çevrilib. İnformasiya təkcə bilik mənbəyi deyil, eyni zamanda siyasi, iqtisadi və ideoloji təsir alətidir. Məhz bu səbəbdən informasiya təhlükəsizliyi məsələsi dövlətimizin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu gün dünyada ən böyük təhdidlərdən biri saxta məlumatlar, dezinformasiya və informasiya manipulyasiyasıdır. Saxta xəbərlər cəmiyyətin psixoloji durumuna təsir edir, ictimai etimadı sarsıdır, dövlət institutlarına qarşı inamsızlıq yaradır və bəzən ciddi sosial qarşıdurmalara səbəb olur.
Ekspert informasiya təhlükəsizliyinin əhəmiyyəti, sosial şəbəkələrdə yayılan yanlış məlumatların təsiri, kiberhücumların qarşısının alınması və təhlükəsiz internet istifadəsi haqqında geniş məlumat verib. Eyni zamanda tələbələrə düzgün və etibarlı informasiya mənbələrinin seçilməsi, şəxsi məlumatların qorunması və mediadan düzgün istifadə qaydaları barədə tövsiyələr təqdim olunub.
O da vurğulanıb ki,informasiya təhlükəsizliyinin qorunması və saxta məlumatlara qarşı mübarizə müasir dövrün əsas çağırışlarından biridir. Güclü informasiya mühiti güclü dövlət və sağlam cəmiyyət deməkdir. Bu mübarizədə maarifli və məsuliyyətli yanaşma ən güclü silahımızdır.
Qeyd edək ki,tədbirdə kollecin bir qrup tələbəsi iştirak edib, mövzu ilə bağlı fikirlərini bölüşüb və onları maraqlandıran sualları səsləndiriblər. İnteraktiv müzakirələr şəraitində keçən infosessiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Kanal32.az
Ağdaş Dövlət Humanitar Kollecində infosessiya keçirilib-FOTOLAR