Dünya tarixi özünün ən mürəkkəb və çətin mərhələlərindən birini yaşamaqdadır. Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və dövlətlərin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Venesuela Cənubi Amerikanın şimalında yerləşir. Şimaldan Karib dənizi, cənubdan Braziliya, şərqdən Atlantik okeanı və Qayana, qərbdən Kolumbiya ilə həmsərhəddir. Venesuelanın sahil xətti 2718 km-dir. Dörd coğrafi bölgədən ibarətdir: şimal-qərbdə Maracaibo, cənub-qərbdən şimal-şərqə And dağları, mərkəzdə Orinoko çayı və cənub-şərqdə Qayana. Venesuela dənizin təsirinə məruz qalan rütubətli və yağışlı bölgələr, And dağlarında çox soyuq bölgələr və Şahin əyalətindəki Medanos de Koroda səhra əraziləri də daxil olmaqla, müxtəlif iqlim növlərini nümayiş etdirir. Venesuela dünyada ən böyük sübut edilmiş neft ehtiyatlarına malik bir ölkədir. Bu yeraltı sərvətlə yanaşı, qızıl, dəmir filizi və təbii qazla da çox zəngindir. Təxminən 28,5 milyon əhalisi var. Əhalinin böyük əksəriyyəti müasir memarlığın ənənəvi memarlıqla qarışdığı paytaxt Karakasda və ətraf iri şəhərlərdə yaşayır.Yaşayış məntəqələri əsasən paytaxt Karakasda yerləşən geniş coğrafi əraziyə yayılmış və dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan ölkə qlobal miqyasda daim nəzarət edilən mərkəzə çevrilmişdir. Hazırda Venesuelada qüvvədə olan konstitusiya 15 dekabr 1999-cu ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Bolivar Konstitusiyasıdır. Konstitusiyaya əsasən, Venesuela ədalətə və qanunun aliliyinə əsaslanan demokratik, federal, sosial dövlətdir. Venesuelada hakimiyyət bölgüsü prinsipi tətbiq edilir. Dövlət başçısı həm hökumət başçısı, həm də dövlət başçısı kimi icra hakimiyyətini həyata keçirir. Lakin klassik sistemlərdən fərqli olaraq 3 deyil, 5 səlahiyyət var. Bunlar qanunvericilik, icra, məhkəmə, vətəndaş və seçki səlahiyyətləridir. Qanunvericilik hakimiyyəti 167 deputatdan ibarət birpalatalı Milli Assambleyada yerləşir. Beş il müddətinə seçilən üzvlər maksimum iki müddətə yenidən seçilə bilərlər. Üzvlər ümumi, birbaşa və gizli səsvermə yolu ilə seçilir və həm xalqı, həm də təmsil etdikləri dövləti təmsil edirlər. Üzvlər qanuna uyğun olaraq keçirilən referendumla geri çağırıla və vəzifədən kənarlaşdırıla bilər. Prezidentin qanunlara veto qoymaq səlahiyyəti var və bu halda Assambleya qanun layihəsinə yenidən baxır. İcra hakimiyyəti prezident, vitse-prezident və Nazirlər Şurasından ibarətdir. Prezident milli icra hakimiyyətinin başçısıdır. Prezidentin səlahiyyət müddəti altı ildir və onlar daha bir müddətə yenidən seçilə bilərlər. Vitse-prezident və nazirlər Prezident tərəfindən təyin edilir. Venesuelanın ən güclü sərvəti zəngin neft ehtiyatlarıdır. Bununla belə, onun neft qiymətlərinə həddindən artıq həssaslığı həm də ən zəif nöqtəsidir. Həqiqətən, neft gəlirlərindən asılı olduğu üçün neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Rəsmi adı: Venesuela Bolivar Respublikası
Hökumət forması: Federativ Respublikası
Hökumət sistemi: Prezident respublikası
Rəsmi Dil: İspan
Milli Gün: 5 iyul 1811 (İspaniyadan)
Din: Xristian (Roma Katolikləri 96%, Protestantlar 2%)
Sahəsi: 912,050 km²
Böyük şəhərləri: Maracaibo, Valencia, Maracay, Barquisimeto
Yeni Valyuta (20 Avqust 2018-ci il tarixinə): Bolivar (1$=201,961,4 Bs)
ABŞ Venesuelaya hərbi müdaxilə edib. ABŞ gecə saatlarında Venesuelanın paytaxtı Karakasa ağır hava zərbələri endirib. Döyüş təyyarələri və helikopterlərin iştirak etdiyi əməliyyatlarda, başda paytaxt Karakas olmaqla, ölkənin ən strateji nöqtələri, o cümlədən kritik hərbi obyektlər və enerji infrastrukturu hədəfə alınıb. Tramp administrasiyasının göstərişi ilə həyata keçirilən bu addım birbaşa rejimi hədəfə alıb. Maduro və həyat yoldaşı ölkədən qaçırılıb. Venesuelanın paytaxtı Karakasda silsilə partlayışlar baş verib. Şəhərdə helikopterlər də görünüb. Karakasda hərbi obyektlər və neft emalı zavodlarını hədəf alan azı 7 partlayış baş verib. Venesuelada fövqəladə vəziyyət elan edilib. Venesueladan verilən rəsmi açıqlamada, “ABŞ-ın məqsədi neft və mineral ehtiyatlarımızı ələ keçirməkdir; Venesueladakı hərbi obyektlər də hədəflər arasında idi.” Döyüş təyyarələri və helikopterlərin iştirak etdiyi əməliyyatlar ölkənin ən strateji yerlərini, o cümlədən paytaxt Karakas, mühüm hərbi obyektlər və enerji infrastrukturunu hədəfə alıb. Venesuelanın çox əhəmiyyətli mineralları və yeraltı sərvətləri var. Amerika üçün bunları çox daha Karib dənizində gərginliyi yeni səviyyəyə qaldıran bu hücumların arxasında nə dayanır? ABŞ- Venesuela arasında gərginlik təxminən 20 ildən artıqdır davam edir. Münaqişənin əsas mahiyyəti təkcə insan haqları və demokratik idarəçilik iddiaları deyil, ABŞ-ın Latın Amerikasındakı ənənəvi hegemon mövqelərinin sarsılmasıdır. Tramp administrasiyasının “Böyük Amerika” konsepsiyası əslində ABŞ-ın qlobal güc statusunu bərpa etmək və rəqiblərin nüfuz dairələrini sıxışdırmaqdır . Tramp ABŞ-a gələn yüz minlərlə venesuelalı miqrantda Maduronu günahlandırır. 2013-cü ildən bəri təqribən 8 milyon venesuelalının iqtisadi böhran və repressiya səbəbindən ölkəni tərk etdiyi təxmin edilir. Vaşinqtonun göstərdiyi digər səbəb fentanil və kokain alverinə qarşı mübarizədir. Tramp Venesuelada yerləşən Trent de Aragua və Cartel de los Soles cinayət şəbəkələrini “xarici terror təşkilatları” elan edərək, Cartel de los Soles-in Maduro tərəfindən idarə edildiyini iddia edib. Trampın qeyd etmədiyi, lakin Venesuela hökumətinin vurğuladığı əsas səbəb Venesuelanın dünyanın ən zəngin neft ehtiyatlarına sahib olmasıdır. Venesuelanın çox əhəmiyyətli mineralları və yeraltı sərvətlərini daha ucuza əldə etməyin yolu yaxınlıqda olan Venesuelanın rejimini dəyişdirməkdir. Neft Maduro hökumətinin əsas gəlir mənbəyidir. Venesuela gündə təxminən 900.000 barel neft ixrac edir və ən böyük alıcı Çindir. ABŞ Latın Amerikasında rəqib güclərin təsirini məhdudlaşdırmaq istəyir. Venesuela son illərdə Çin, İran və Rusiya ilə hərbi, iqtisadi və siyasi əlaqələrini dərinləşdirib. ABŞ-ın sanksiyalarına baxmayaraq, Çinə neft axınının davam etməsi xüsusi amildir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Siyasi İdarəetmə Fakültəsinin Dekanı