AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olaylar.az-a müsahibə verib.
Kanal32.az “olaylara”a istinadən həmin müsahibəni rəqdim edir:
– Sübhan müəllim, tarix boyu ermənilər bizdən igidlik, cəsarət baxımından geridə qalsa da, hər zaman özlərini beynəlxalq arenaya çıxarmağı bacarıblar. Bizim millət olaraq elıdiyimiz səhvlər nələrdir?
– Birincisi, tarixi farktlara, sənədlərə nəzər saldıqda dünyada, eləcə də, Qafqaz, Yaxın və Orta Şərq regionunda ermənilərin 1918-ci ilə kimi dövlətləri olmayıb. İkincisi, İngiltərə, Rusiya, Fransa, ABŞ və s. dövlətlər Osmanlı imperiyasına qarşı “erməni kartı”ndan məharətlə istifadə ediblər. Böyük dövlətlər və regional güclər “erməni problemi”, “erməni məsələsi” və “qondarma erməni soyqırımı” yaradaraq, Türkiyəyə, Azərbaycana qarşı istifadə ediblər. Hətta, çar Rusiyası Qafqazda xristianlaşma adı ilə “erməni amili”ndən istifadə edərək, ermənilərin Cənubi Qafqazda, İrəvanda, Dağlıq Qarabağ və digər tarixi ərazilərimizdə məskunlaşdırılması, Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb.
Tarixi faktlara, sənədlərə əsasən, Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə, yarım əsrdən yuxarı bir müddət ərzində nəşr olunan “Kavkazski kalendar” məlumat kitablarında, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir.
Dənizdən dənizə “Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsində ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlardan, terror aktlarından istifadə edirdi. Hətta, erməni terror təşkilatları zaman-zaman istər Türkiyə, Cənubi Azərbaycan, Şimali Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada, eləcə də, dünyanın bir çox ölkələrində terror, etnik təmizləmə, təxribat və s. əməllər etmişlər.
2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılıb. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülüb. İkincisi, Emənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların təhrif edilməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatlar bir sıra beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərar və hesabatlarda, xarici və yerli KİV-də, bir sıra aparılan araşdırma və tədqiqatlarda məlumatlar vardır.
Terroru dövlət siyasətinə çevirmiş Ermənistan 1991-ci ildə Azərbaycanda – istər Qarabağda, istərsə Bakıda və digər yerlərdə terrorlar həyata keçirib. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil ediblər. Nəticədə minlərlə günahsız insan həlak olub.
1975 və 1985-ci illər ərzində Türkiyə, eləcə də 16 ölkədə türk və digər mülki və diplomatik hədəflərə qarşı terror aktları törətmiş solçu və radikal milliyyətçi təşkilat olan “ASALA” (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatı 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsinin gedişatında Beyrut şəhərində Akop Akopyan tərəfindən yaradılıb. Akop Akopyanın bəyanatından da məlum olur ki, təşkilatın təməl məqsədləri erməni ideologiyasının dünya ictimaiyyətinə çatdırılması və xarici erməni toplumunda millətçi hisslərin yüksəldilməsi olub. “ASALA” özəlliklə müstəqil bir Ermənistan dövləti qurmaq, erməni soyqırımı iddialarını Türkiyə Respublikası hökumətinə qəbul etdirmək, Türkiyədən təzminat almaq və “Böyük Ermənistan” layihəsini reallaşdırmaq üçün mübarizə aparıb.
– Nəyə görə büdcəmiz, igidliyimiz onlardan qat-qat çox olsa da, əsrlər boyu təbliğatımız hər zaman zəif olub?
– Bunun əsas səbəbi erməni və erməni faktorundan yaranlanan böyük dövlətlərin olması və bu siyasətin bu gündə davam etməsidir. Böyük dövlətlərin maraqlarından istifadə edən və onların maraqlarına xidmət edən ermənilər 1970-ci illərdən etibarən Avropa və Amerikada siyasi-ictimai, lobbi fəaliyyətlərini həyata keçirməyə başladılar. Erməni lobbisinin əsas məqsədləri isə “qondarma erməni soyqırımı”nı tanıtmaq, erməni diasporunun siyasi proseslərdə iştirakını təmin etmək, ABŞ – Ermənistan əlaqələrinin gücləndirilməsi, Ermənistan və Dağlıq Qarabağ separatçılarına dəstək əldə etmək, erməni diasporasının maraqlarına uyğun olaraq ABŞ-ın xarici siyasətinə təsir etməkdən ibarətdir.
Ümumiyyətlə, “Ermənistan-Diaspora” vəhdəti haqqında ideyalar erməni ideologiyasında mərkəzi yerlərdən birini tutub ki, burda da təbii ki, həm də xarici ölklərin ermənilərdən istifadə etməsi, həm də diaspora və lobbi amilindən istifadə edərək güclənmişlər. Ermənilərin güclənməsi həm dünyada, həm regionda, həm də Türkiyə və Azərbaycanda təşkilatlanmasına dəstək həmişə olub və bu gün də bu davam edir.
Bütün bunlara baxmayaraq çalışmalıyıq ki, elmi, nəzəri, informasiya, təşkilatlanma və s. sahələrdə son dərəcə aktiv və fəal olaq.
Fikrimcə, biz beynəlxalq aləmdə həm ictimaiyyət, həm də müvafiq qurumlar olaraq fəal olmalıyıq:
1. Elmi sahədə hər bir azərbaycanlı tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, milli təhlükəszilik və ordu, mətbuat, diaspora və s. sahələrdə araşdırma aparan tədqiqatçı və elm adamları Azərbaycan tarixi, dövlətçilik ənənələri, erməni terroru, milli təhlükəsizliyimiz və s. mövzularda xarici ölkə KİV-lərində, elmi və təhsil mərkəzlərində çıxışlar etməli, xarici dillərdə yazılar yazmalıdır.
2. Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün siyasi partiya və təşkilatlarımız beynəlxalq aləmdə öz fəaliyyətlərində Azərbaycanın təbliği sahəsində xüsusi fəallıq göstərməlidirlər.
3. Dünyanın aparıcı universitetləri, elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq edib, Dağlıq Qarabağ haqqında birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirməliyik.
4. Dünya KİV-lərində ermənilərin fəaliyyəti öyrənməli, eləcə də, həmin KİV-də bizlər ya çıxışlar etməli, ya da həmin çıxışa qarşı çıxışlar etməliyik.
5. Dünyada tarixdən günümüzə kimi Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən ermənilər və onları dəstəkləyən beynəlxalq və regional dövlətlərin, eləcə də, beynəlxalq və regional qurumlar, təşkilatlar, QHT, tədqiqat mərkəzləri və s. araşdırma aparan tədqiqatçıları öyrənməli, onlara elmi, tarixi, siyasi və hüquqi faktlara söykənərək cavablar verilməlidir.
6. Xarici dillər sahəsində tədqiqat aparanlara Ermənistanın Azərbaycana hərbi təcavüzü, erməni terroru, azərbaycanlıların soyqırımı, 20 Yanvar, 25 və 26 Yanvar faciələri, Xocalı soyqırımı, Ağdaban faciəsi, Ballıqaya faciəsi, ordumuz, milli dövlətçiliyimiz və tariximiz haqqında yazılarının aparılmasına dəstək edilməlidir.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Universitetlərində humanitar və ictimai elmlər sahəsində pedoqoji sahədə çalışanların elmi-pedoqoji dərs yükünə Azərbaycanın dünyada təbliğinə (erməni terroru, dövlətilik, ordumuz, tarix, soyqırım və s.) aid hissəsinə 100 saat artırılması məqsədəuyğun olardı.
Bütün fəaliyyətimizdə Azərbaycan xalqı üçün bir qarış torpağın müqəddəs olmasını, mili-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi, mədəniyyətimizi bütün tarixi fakt, sənəd, mənbələrə söykənərək dünyaya çatdırmalıyıq. Bu baxımdan, hər bir Azərbaycan övladı istər ökəmizdə, istərsə də xaricdə özünün ən ali amalı olaraq Azərbaycanın tarixi ərazi bütövlüyü mili dövlətçiliyi və dövlətçilik ənənələri uğrunda, siyasi, iqtisadi, elmi, mədəni-mənəvi, mətbuat, diaspora və s. sahələrdə mübarizə aparmalıdır.
/olaylar.az/