9 №-li məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib-FOTOLAR

Mingəçevir şəhərinin orta ümumtəhsil ocaqlarında “Narkomaniyaya yox deyək” mövzusunda tədbirlər davam edir.

Kanal32.az xəbər verir ki,Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 9 saylı tam orta məktəbdə narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə xarakterli görüş keçirilib. Polis əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib. Əvvəlcə şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Daha sonra məktəbin direktoru Fərqanə Niyazova çıxış edərək məktəb haqqında qısa məlumat verib. Bu mövzuda şagird və müəllim kollektivinə vaxt ayrıdıqlarına görə polis əməkdaşlarına minnətdarlıq bildirib.

Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəis müavini, polis polkovniki Rüfət Zeynalov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. Həmçinin, şagirdlərə DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.

Tədbirdə çıxış edən polis əməkdaşları “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə ”, “yol hərəkəti qaydalarına əməl edək” mövzularında geniş məruzə ediblər.Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

Maarifləndirici görüşdə  Mingəçevir şəhər təhsil sektorunun əməkdaşı da iştirak edib.

Esmira Hidayətova,

Mingəçevir

9 №-li məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib-FOTOLAR