Mingəçevir şəhər 7 nömrəli tam məktəbdə keçirilən Novruz bayram tədbiri maraqlı səhnələrlə yadda qalıb.
Milli birlik və həmrəylik bayramı olan Novruz şənliyini Mingəçevir 7 nömrəli məktəbin şagird,müəllim kollektivi böyük coşqu ilə qeyd ediblər.Tədbirin keçirildiyi məktəbin həyəti gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilib. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən xəbər verirdi.
Bahar qızının, Kosa və Keçəlin musiqi sədaları altında meydana daxil olması bayram iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Bir-neçə saat davam edən bayram şənliyində şagirdlər rəngarəng konsert,şən rəqslərlə çıxış edərək şənlik iştirakçılarına xoş ovqat bəxş ediblər.
Byaram tədbirində məktəbin direktoru Anar İsmayılov çıxış edərək hər bir kəsə bayram təbriklərini eyni zamanda Mərkəzi Aran Refional Təhsil İdarəsinin müdiri Elçin Kərimovunda salamlarını çatdırıb.
Siniflərin maraqlı çıxışlarından sonra Novruzun simvollarından olan bayram tonqalı qalandı, ətrafında qizlar,oğlanlar dövrə vurub şənləniblər.
Tədbir iştirakçısı olan sinifləri direktor xüsusi “Təşəkkürnamə”lərlə təltif edib.
Esmira Hidayətova,
Mingəçevir