Fevralın 19-da Mingəçevir şəhərində Birinci Qarabağ müharibəsində itkin düşən Şahin Kərimovun 33 ildən sonra tapılan nəşi dəfn olunub.
Vida mərasimində şəhidin doğmaları, Mingəçevir şəhərin və Kəlbəcər rayonunun rəsmi şəxsləri, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Millət vəkili Aydın Mirzəzadə, Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Heydər Bəylərov çıxış edərək Şəhidin ailə üzvlərin başsağlı verərək,ona Tanrıdan rəhmət diləyiblər.
İtkin Şəhidin döyüş yoldaşları “Kanal32”yə onun haqqında danışıblar. Keçmiş hərbiçilər çıxışlarında şəhidin nə qədər qəhrəman, qorxmaz biri olduğunu vurğulayıblar.
Qeyd edək ki, Əslən Kəlbəcər rayonunun Zar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub.8-ci sinfə kimi Mingəçevirdə təhsil alıb.Sonra Kəlbəcər rayonuna nənəsinin yanına gedib və orta təhsilini orada başa vurub. O, könüllü olaraq Kəlbəcər Hərbi Komissarlığına müraciət edib və torpaqlarımızın qorunması uğurunda döyüşlərə qatılıb. Vətənin müdafiəsində fəal iştirak edib.
Şahin Kərimov 1993-cü ilin 8 aprelində Murov dağı istiqamətində Meydan çayı ətrafında gedən ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşi 33 ildən sonra tapılaraq ailəsinə təhvil verilib.