21 kəndi birləşdirən körpü yararsızdır-Millət vəkili

“Yevlaxı iki yerə bölən və 21 kəndi Yevlax şəhəri ilə birləşdirən körpü tam yararsız vəziyyətdədir. Hələ FHN 2013-cü ildə körpüyə baxışı zamanı körpünün yarasız olduğunu da qeyd edərək, sənədləşdirib”.

Kanal32.az “Ölkə.Az” a istinadən xəbər verir ki, bunu deputat İlham Məmmədov parlamentin 2023-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat 30 min əhalisi olan 21 kəndin Yevlax şəhəri ilə yeganə əlaqə vasitəsi olan bu körpünün yenidən bərpa edilməsini hökumətdən kömək istəyib.

O, eyni zamanda Yevlaxın kəndlərinin üzləşdiyi susuzluq probleminin aradan qaldırılması məqsədi ilə artezian quyularının qazılması məsələsini qaldırıb.

Ölkə.Az