20 il öncə göstərilən etimad və Xankədidən dünyaya səsləniş

    15 okryabr 2023-cü il…Çağdaş tariximzin şərəf səhifələrindən biri… Məhz bu tarxidə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Və əzəli türk torpağında,xanın yurdundakı mərkəzi meydanda tarixi bir çıxşla bir çox önəmli məsələlərə işıq saldı. Bu çıxış həm də tariximizə xor baxan üç məkrli qonşumuza verilən siyasi dərs idi. Qarabağdan mərkəzindən verilən tarixi-siyasi dərs…

Cənab Prezidentin çıxşında ən diqqətçəkən məqamlardan biri təbii ki, öz doğma xalqına olan sayğının, sevginin və ona göstərilən tarixi etimadın əyani ifadəsi idi. SİTAT:”Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Bəli, bu həm də cənab İlham Əliyevin düz 20 il öncə məhz bu tarixdə-15 oktyabrda üzərinə görüdüyü taleyüklü etimadı doğrultduğunun əyani təsdiqi oldu. İlham Əliyevin Xankəndi şəhərinə tarixi səfəri zamanı qutsal bayrağımızı ucaltmaqla böyük tarixi şəxsiyyət və qüdrətli sərkərdə statusuna yüksələn, azad, suverən, özgür Azərbaycanın dövlət başçısı kimi gücümüzü, haqqımızı, hüququmuzu bütün dünyaya da bəyan etdi.

Xankəndidəki tarixi çıxışın başqa bir hissəsinə diqqət yetirək:

“Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

Cənab Prezidentin çıxşının bu hissəsi mənəvi-psixoloji və siyasi-ideoliji baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, toplum olaraq hər birimizin qarşısında, hətta deyərdim ki, dünyadakı bütün azərbaycanlılar qarşısında taleyüklü və məsuliyyəti ağır vəzifələr qoyur. Bu fikilər xalqımıza,onun fədakar oğlullarına, faormalaşqmaqda olan gənc nəsilə yüksək qiymətin, etimadın və sonsuz sayğının səmimi ifadəsi kimi dəyərləndirilməldir.

Qısacası, anti-terror əməliyyatları zamanı Xankəndi daxil olmaqla bütün ərazilərimizin azad edilməsi sadəcə hərb meydanında qazanılan uğur deyildi. Bu, eyni zamanda doğal və tarixi haqlarımızın, beynləxalq hüququn, ədalətin, həmçinin milli maraqlara söykənən diplomatik və siyasi uğurun tarixi təntənəsi idi.

Möhtərəm Prezidentin böyük dövlət adamı, unikal tarixi şəxsiyyət Heydər Əliyevin andan olmasının 100-cü ilində, özünün dövlət başçısı seçilməsnin 20-ci ilində, 100 il öncə işğalçı Rusiyanın planı əsasında yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin tam şəkildə tarixin arxvinə göndərildiyi bir gündə Xankəndi şəhərindəki çıxışı bizim milli kimliyimizi bütün düyaya göstərdi. Bu həm də

beynəlxalq səviyyədə Azərbaycanın müstəqil və güclü mövqeyini təsdiqləyən çox önəmli faktor idi. Deməli, bütün bunların fonunda biz müharibədən sonrakı dövrdə Güney Qafqaz bölgəsində yeni geosiyasi və kürəsəl iqtisadi reallıqların formalaşmasında əsas aktora çevrilə bildik. O cümlədən, ədalətisz dünyaya ədalət dərsi verdik. O dərs ki, o heç vaxt tarix səhifələrindən silinməyəcək.

 

Jalə Həsənova,

M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi,YAP fəalı

20 il öncə göstərilən etimad və Xankədidən dünyaya səsləniş