19 №-li Uşaq Poliklinikasında qanunsuzluqlarının və cinayət tərkibli əməllərin sayı günü-gündən artır.
Adının çəkilməsini istəməyən poliklinika əməkdaşı bunu şikayət məktubunda bildirib. Onun iddiasına görə, poliklinikanın baş həkimi Aidə Bayramovanın sayəsində illərdi rüşvət, saxtakarlıq hökm sürür.” Aidə Bayramova təxminən 2000-ci ildən baş həkim işləyir. O, dövlət tərəfindən ayrılan inventarları mənimsəyib, saxta əlilliklərin düzəldilməsini təşkil edib, xəstələrə ayrılan dərmanları mənimsəyir, əlavə iş saatı yazıb pulunu özü alır, poliklinikada xeyli sayda adamın adı işçi kimi qeyd olunub, lakin həmin işçilər işə çıxmayaraq maaş alırdılar. Ancaq müvafiq yoxlamalardan sonra bu işi “səliqə-səhmana” salıb.” – deyə poliklinika işçisi bildirdi. Onun sözlərinə görə, poliklinikanın müdirinin illərdir davam edən bu əməlləri ilə bağlı araşdırmalar aparılsa da nəticədə göz yumulur.
“Baş həkim barəsində hüquq-mühafizə orqanlarında araşdırma aparılsa da əməlləri ört-basdır edilir. O, isə bundan istifadə edərək qanunsuz əməllərinə davam edir. Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay fond pul yığır. Hüquq mühafizə orqanlarının yoxlamaları ərəfəsində fond pulu yığımını dayandırmışdı. Ancaq artıq yeni baş həkimin müavini təyin olunduqdan sonra yenə də qanunsuz olaraq Fond pulu adı altında pul yığılır. Poliklinikaya yeni baş həkimin müavini təyin olunan Aytən Səfixanlı ilə birləşərək Fond puluna yığılan pulun məbləğini qaldırıblar. Baş həkim bildirir ki, yeni baş həkimin müavini Aytən xanım deyir ki, siz fond pulu az yığırmışsınız bizdə 20-35 man arası idi. Həmdə maaşlarınız qalxıb. Ona görə də qiyməti qaldırıdı. Qeyd edim ki, yeni təyin olunan baş həkimin müavini Aytən Səfixanlı başqa poliklinikada sahə həkimi işləyib və martın 9-da bizə baş həkimin müavini təyin olunub. Bundan əlavə, ildə bir dəfə təmir adı altında həkimlərdən pul toplanılır. Lakin heç bir təmirdən söhbət gedə bilməz.
Çünki təmir və avadanlıqlarla bağlı TƏBİB əlavə pul ödəyir. Baş həkim hər ikisini mənimsəyir. TƏBİB in heçnədən xəbəri yoxdu. Bütün bunlara etiraz edən həkimləri işdən azad etməklə hədələyir. TƏBİB-ə müraciət etdikdə deyilir ki, bizə anonim müraciət etməyin, anonim məktubu onsuzda qeydə almırıq. Bizdə adımızı yazmağa ehtiyat edirik. Çünki biz hədələyir.”- deyə işçi əlavə etdi. Biz isə əmini ki, bu yazıdan sonra qeyd olunan məsələnin həqiqiliyini müəyyən etmək üçün müvafiq araşdırma aparılacaqdır.
İddia olunanlarla bağlı olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Mənbə:kanal4.az