“10 dəqiqəyə sığan dünya” layihəsinin üçüncü təlimi keçirilib-FOTOLAR

Mingəçevir şəhəri İsmət Qayıbov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunan “10 dəqiqəyə sığan dünya” qrant layihəsi çərçivəsində üçüncü təlim keçirilib.

Təlimin üçüncü günü radio mətnlərinin yazılması və yaradıcı yanaşma mövzusuna həsr olunub. Təlim çərçivəsində iştirakçı şagirdlərə radio üçün uyğun yazı üslubu, mətnlərin yığcam, sadə, canlı və təsirli formada hazırlanması ilə bağlı nəzəri və praktik biliklər təqdim olunub. Eyni zamanda elan, qısa xəbər, kiçik müsahibə və təbrik mətnlərinin yazılma qaydaları izah edilib.

Təlim zamanı kreativ radio ideyaları müzakirə olunub, şagirdlər qrup tapşırıqları əsasında qısa elan və xəbər mətnləri hazırlayaraq onları səsləndiriblər. Bu tapşırıqlar şagirdlərin həm yazı, həm də səsli təqdimat bacarıqlarının inkişafına xidmət edib.

Qeyd edək ki, “10 dəqiqəyə sığan dünya” qrant layihəsi Mingəçevir şəhəri İsmət Qayıbov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində layihə rəhbəri Rəna Səfərova tərəfindən icra olunur.

Layihənin əsas məqsədi şagirdlərin radio sahəsində bilik və bacarıqlarını artırmaq, onların yaradıcı düşünmə, ünsiyyət və özünüifadə imkanlarını genişləndirmək, eyni zamanda məktəb radiosunun fəaliyyətinin formalaşdırılmasına dəstək verməkdir.

#IXQrant

#EduGrants

#QrantMüsabiqəsi

#GrantsEduAz

“10 dəqiqəyə sığan dünya” layihəsinin üçüncü təlimi keçirilib-FOTOLAR