“10 dəqiqəyə sığan dünya” qrant layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Layihə çərçivəsində şagirdlərin radio sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək məqsədilə növbəti təlim təşkil olunub. Dördüncü təlim canlı yayımın prinsipləri mövzusuna həsr edilib.
Təlim zamanı iştirakçılar aparıcının və texniki heyətin vəzifələri, qısa radio proqramının ssenarisinin hazırlanması, eləcə də canlı yayım zamanı diqqət yetirilməli davranış qaydaları haqqında məlumat əldə ediblər.
Təlimin sonunda şagirdlər qruplar şəklində mini-efir hazırlayaraq “canlı radio” təqdimatı ilə öyrəndiklərini praktik şəkildə nümayiş etdiriblər.
Xatırladaq ki, “10 dəqiqəyə sığan dünya” qrant layihəsi Mingəçevir şəhəri İsmət Qayıbov adına 10 nömrəli tam orta məktəbdə layihə rəhbəri Rəna Səfərova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin radio sahəsində bilik və bacarıqlarını artırmaq, onların yaradıcı düşüncə və özünüifadə imkanlarını genişləndirməkdir.
#GrantEduAz
#IXQrant
#QrantMüsabiqəsi
#EduGrants