Müstəqil yaradıcı gəncləri tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafı şəxsiyyətyönümlü olmalarında müəllimin böyük rolu var. Müəllim şagirdlərə müəyyən biliklər verməsi ilə bərabər həm də onlara öyrənməyi öyrətmək, əldə etdiyi informasiyalardan istifadə etmək bacarığını aşılamalıdır. Belə müəllimlərdən biri də Mingəçevir İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi Aytən Əliyevadır. İşlədiyi 20 illik pedoqoji fəaliyyətində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsində qayğısına qalmış, onların vətənpərvər bir gənc kimi formalaşmasında böyük əməyi olub. Rus bölməsi olmasına baxmayaraq şagirdləri vətənpərvərlik ruhunda tərbiyə olunmasında, uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirməkdə onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamışdır.
Bu gün Aytən müəllimənin yetirmələrinin səsi dünyanın müxtəlif yerlərindən gəlir. Məhz buna görə də Aytən Əliyeva nümunəvi pedaqoji fəaliyyətinə görə dəfələrlə “Təşəkkürnamə” və “Fəxri Fərman”la təltif edilmişdir. Artıq Aytən müəllimə bu gün 5-ci ibtidai sinif şagirdlərini yola salır.
Qeyd edək ki,bu gün ölkəmizdə tam orta məktəbi bitirən məzunlar kimi, həm də ibtidai sinfi bitirib ümumi orta təhsil pilləsinə qədəm qoyan dördüncülərin günü idi. İbtidai təhsili başa vuran balaca məzunlar üçün bu gün olduqca duyğulu günlərdən biri oldu desək yanılmarıq. Çünki onlar ilk müəllimlərinə əlvida deyirdilər… Məktəbin akt zalında keçirilən tədbir himnimizin oxunmasl ilə başladı. Tədbirdə məktəbin rəhbərliyi,təhsil sektoru,valideyinlər,müəllimlər və təqaüddə olan ziyalı xanımlar iştirak ediblər.Tədbir boyunca şagirdlərin hazırladıqıarı bir-birindən maraqlı,rəngarəng çıxışları alqışlarla qarşılandı.
Tədbirdə çıxış edən məktəbin direktoru Yeganə Kərimova öz çıxışında şagirdlərə bundan sonrakı təhsillərində uğurlar arzuladı və eyni zamanda şagirdləri gələcək uğurlara ruhlandıraraq, şagirdlərin təhsilə, məktəbə marağını daha da artırmaq və onların məktəbin ictimai həyatında daha fəal iştirak etmələrini tövsiyə etdi. Aytən Əliyeva ibtidai təhsil pilləsini başa vurduqlarına görə O, şagirdlərini təbrik edərək, onlara xoş arzularını və diləklərini bildirdi, gələcək təhsillərində uğurlar dilədi. Aytən Əliyeva sevimli şagirdlərindən ayrılmağın onun üçün çox çətin olduğunu da dilə gətirdi.
Tədbir şən musiqi nömrələri ilə başa çatıb.
Esmira Hidayətova,
Mingəçevir