1 İyun: QHT tərəfindən təşkil edilən Psixoloji Dəstəklə Universitet İmtahanlarına Qarşı

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Psixoloji Yardım Ayı” təşkil edir.  01 iyun 2024-cü il tarixindən 01 iyul 2024-cü il tarixinədək nəzərdə tutulan yardım ayı universitet imtahanına hazırlaşan bütün abituriyentlərə aiddir.

 

Kanal32.az xəbər verir ki, bildiyimiz kimi bir çox abituriyentlər universitetə hazırlıq prosesində həm fiziki, həm də emosional baxımdan böyük çətinliklər yaşayırlar. Universitet imtahanına hazırlıq prosesində və xüsusəndə orta məktəbin son siniflərində təhsil alan abituriyentlər eyni zamanda əksər məsuliyyətləri öz üzərinə götürməli olurlar. İstər gərgin məktəb dərsləri, istərsə də məktəb imtahanları və universitet imtahanlarına hazırlıq zamanı dərslərin intensivliyi abituriyentlərdə panika mühiti yaradır. Beləliklə imtahana o qədər anlam yukləyirik ki, şagirdlər üçün bu anlam artıq bir stress mənbəyi olub. “Yaxşı bal toplamasam valideynlərim nə deyəcək?” qayğısı, narahatçılığı gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur. Nəticə etibarilə abituriyentlər imtahanda biliklərini layiqincə ifadə edə bilmir.

Bəs necə edək ki, imtahan stressini azaltmaqda onlara kömək edək?

Stressin müəyyən qədəri təbiidir. Önəmli olan hər şeyi itirmək qorxusu bizdə qayğı hissi yarada bilər. Bu qayğını yox etmək deyil, onunla barışmaq lazımdır. Abituriyentlərin davamlı olaraq qarşılaşdıqları bir vəziyyət bütün öyrənilənlərin unudulması narahatlığı və imtahan zamanı yaranan boşluq hissinin necə aradan qaldırılmalı və nə etməli olduğudur. İmtahana hazırlaşan hər bir abituriyentin az da olsa, narahat olması gözlənilir və olmalıdır. Abituriyentlərdə əgər bu kimi hallar normal vəziyyətdən daha çox yaranıbsa, bu zaman onlar mütləq şəkildə psixoloji dəstək almalıdırlar.

Odur ki, təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərova abituriyentlərlə görüş zamanı “Həyat tortu”, “Zaman maşını”, “Nəfəs texnikaları”,”Bədən gərginliyinin azaldılması”, “Sən psixoloq rolunda” texnikaları vasitəsilə stressi necə azaltmağa nail olmağa çalışacaq.
“Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869

/qht.az/