Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova qanunsuz əməllərdə ittiham olunur.
Kanal32.az-ın xəbərinə görə, bu barədə “Sahil-D Kompani” MMC-nin icraçı direktoru Adilağa Hüseynov “Kanal13” internet televiziyasına müsahibəsində bildirib:
“O, deyib ki, şirkət tərəfindən inşa edilmiş bina kompleksində yaşayan Aynur Sabitovanın atası və yaxın çevirəsi iclas keçirərək qanunsuz idarəetmə orqanı yaradıblar.Bu saxta qurumun yaradıcıları sonda sakinləri aldadaraq onlardan 1.5 mln manat civarında vəsait toplayıblar. Ancaq həmin toplanan pul vəsaitinin hesabatı şirkətə verilməyib.İcraçı direktor bildirib ki, onların bu qurumun yaratmasının özü qanunsuz hal olub.Belə ki, bu prosesdə Aynur Sabitovanın xüsusi rolu olub.Çünki, Aynur Sabitova Ədliyyə Nazirliyində yüksək vəzifə tutur”.
İçarçı direktorun videomüraciətini təqdim edirik:
Redaksiya olaraq bildiririk ki,nazirliyin şöbə rəisi Aynur Sabitovanın mövqeyini dərc etməyə hazırıq.