“Ailələrin Sosial Müdafiəsi” adlı layihə davam edir-FOTOLAR

Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyinin “Ailələrin Sosial Müdafiəsi” adlı layihəsi davam edir.

Kanal32.az-a verilən məlumata görə layihə çərçivəsində növbəti tədbir 17.08.2024-cü il tarixində “Birlikdə əylənək” mövzusunda baş tutub. Pedaqoq ve psixoloq İştirakçılar üçün maraqlı enercayzerler teskil edib birlikdə əyləncəli oyunlar oynayıb, yarışmalar təşkil ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Layihənin hədəf qrupu 6-13 yaş arası uşaqlardır.

 

Kanal32.az