“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gender bərabərliyinin və qadın hüquqlarının cəmiyyətə fəal surəttə təşviq edilməsi və cəmiyyətin bu sahədə rolunun gücləndirilməsi” adlı layihəyə start verib.
Kanal32.az-a verilən məlumata görə,layihə çərçivəsində 09.10.2022-ci il tarixində “Ailə və cəmiyyətdə qadının rolu” adlı təlim təşkil olunmuşdur. Tədbirdə layihə rəhbəri Leyla Əmiraslanova çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırıb, daha sonra təlimçi, psixoloq və iştirakçıkarın çıxışları dinlənilib.
Qeyd edək ki,layihədə Mingəçevir şəhərində fəaliyyət göstərən qadın qurumları ,müvafiq qurumlar , könüllülər və layihə benefsiarları iştirak edirlər.
Layihəyə şəhər və şəhər ətrafında yasayan 18 yaşdan yuxarı qız və qadınlar cəlb olunub. Layihənin əsas məqsədi maarifləndirici kampaniyaların təşkili yolu ilə Gender bərabərliyi və qadın iştirakçılığının təmin olunmasına yardım etməkdən ibarətdir .
Kanal32.az