“Ailələrə Sosial Dayaq” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Gender bərabərliyinin və qadın hüquqlarının cəmiyyətə fəal surəttə təşviq edilməsi və cəmiyyətin bu sahədə rolunun gücləndirilməsi” adlı layihəsi davam edir.
Layihə çərçivəsində 16 oktyabr 2022-ci il tarixdə “Ailədaxili ünsiyyətin və münasibətin tənzimlənməsi” adlı təlim təşkil olunub. Tədbirdə layihə rəhbəri çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırıb, daha sonra təlimçi , psixoloq,hüquqşünas və iştirakçıkarın çıxışları dinlənilib. Layihədə Mingəçevir şəhərində fəaliyyət göstərən qadın qurumları ,müvafiq qurumlar , könüllülər və layihə iştirakçıları iştirak ediblər.
Layihə çərçivəsində növbəti təlim isə 23.10.2022-ci il tarixində “Erkən nikahlara yox deyək” adı altında təşkil olunub. Tədbirdə layihə rəhbəri Leyla Əmiraslanova çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırıb, daha sonra təlimçi, psixoloq və iştirakçıkarın çıxışları dinlənilib.
Qeyd edək ki,layihəyə şəhər və şəhər ətrafında yasayan 18 yaşdan yuxarı qız və qadınlar cəlb olunub. Layihənin əsas məqsədi maarifləndirici kampaniyaların təşkili yolu ilə Gender bərabərliyi və qadın iştirakçılığının təmin olunmasına yardım etməkdən ibarətdir .
Kanal32.az