Ağdamda Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək.Bu barədə martın 9-da “Qasım bəy Zakir və Qarabağ ədəbi – ictimai mühiti” mövzusunda keçirilən elmi konfransda bildirilib.
Ağdam Muğam Mərkəzində “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib. Məlumata görə, konfransda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Millət vəkili Bəxtiyar Əliyev, AMEA – nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlıda iştirak ediblər.
Ağdam Muğam Mərkəzində davam edən konfransda XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən söz açıblar.
Qeyd olunub ki, Xındırıstan kəndində ədibin ev muzeyinin inşa edilməsi nəzərdə tutulub. Yaxın müddətdə muzeyin inşasına başlanılacaq.
Daşqın Güneyli