“Addım-addım Vətəndə” – layihəyə bu dəfə Gəncədə

Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin  tabeliyində  fəaliyyət  göstərən  Bakı Uşaq  və  Gənclər  Teatrının  “Addım-addım Vətəndə”  layihəsi  uğurla  davam  edir. Layihənin  Zəfər  Gününə  həsr  olunmuş  növbəti  tədbiri  Gəncə  Dövlət  Milli Dram  Teatrında  təşkil  edilib. Bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.

Onun sözlərinə görə öncə Azərbaycan  Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin  əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edilib.

Tədbirin  aparıcıları olan  Bakı  Uşaq  və  Gənclər  Teatrı  adından  aktyor Mehman  Piriyev  və  Gəncə  Dövlət  Milli  Dram  Teatrı  adından  teatrşünas-tənqidçi  Anar  Ərtoğrul  Burcəliyev  çıxış  edərək  hər  iki  teatrın  yaranma  tarixi, repertuarı,  iştirak  etdiyi  beynəlxalq  və  daxili  festivallar  haqqında  məlumatlar veriblər.

Daha  sonra  Bakı  Uşaq  və  Gənclər  Teatrının  rəhbəri  rejissor,  aktyor, Əməkdar  artist  İntiqam  Soltan  və  Gəncə  Dövlət  Milli  Dram  Teatrının  rejissoru Elşad  Əhmədov  çıxışalarında  layihə  haqqında  danışıblar.

Layihənin  davamı  olaraq  Gəncə  Dövlət  Milli  Dram  Teatrının  səhnəsində gənc  aktyor  Murad  Meyfəliyevin  qələmə  aldığı  həmçinin  quruluş  verdiyi “Zəfər”  tamaşası  və   Bakı  Uşaq  və  Gənclər  Teatrının  repertuarında  xüsusi  yer tutan,  ideya  müəllifi  həmçinin  quruluşçu  rejissoru  olan,  Əməkdar  artist  İntiqam Soltanın  “Vətən”  tamaşası  nümayiş  olunub.

Tədbirin  sonunda  Bakı  Uşaq  və  Gənclər  Teatrı  adından  təşəkkürnamə təqdim  edilib.  Həmçinin  Gəncə  Dövlət  Milli  Dram  Teatrı  tərəfindən   Bakı  Uşaq  və  Gənclər  Teatrı isə  fəxri  fərmanla  təltif  olunub.

Qeyd  edək  ki,  layihəyə  bölgə  teatrlarının  iştirakı  ilə  Bakıda  təşkil olunacaq  festivalla  yekun  vurulması  planlaşdırılır.