Göylərdəki Gürurumuz-Millətimizin Cəsur Qanadları! 

Aərbaycan Hərbi Hava Qüvvələri  Göylərdəki Gürurumuz, Millətimizin Cəsur Qanadları! 

Fevralın 14-ü Azərbaycan  Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür. Azərbaycan hava məkanının etibarlı mühafizləçiləri – Hərbi Hava Qüvvələri 30 ilə yaxın davam etmiş işğala son qoyulmasında çox mühüm rol oynayan, Vətən müharibəsinin  məğrur şahinləridir. Azərbaycan son illərdə müdafiə sənayesindəki irəliləyişləri ilə qlobal diqqəti cəlb edir. Ölkələrin müdafiə qabiliyyətlərini gücləndirmək üçün yatırdığı investisiyalar, xüsusən də davam edən regional münaqişələrin yaşandığı bölgələrdə getdikcə daha vacib hala gəlir. Bu kontekstdə  Azərbaycan Hərbi Hava Qüvvələrimizin  imkanlarında əhəmiyyətli dərəcədə artım nümayiş etdirir. Hərbi Hava Qüvvələrimizin ildönümünü coşğu və həyəcanla qeyd edirik. Hərbi aviasiya sahəsində bir əsrdən çox təcrübəsi, ixtisaslı heyəti, müasir texnologiyası və görkəmli nailiyyətləri ilə Hərbi Hava Qüvvələrimiz nəcib millətimizin səmadakı qüruru və möhkəm ifadəsidir. Risklərin, təhdidlərin və təhlükələrin artdığı, hər sahədə böyük dəyişikliklərin və transformasiyaların baş verdiyi bugünkü dünyada, xüsusən də yaxın ətrafımızdakı böhranlar təsirli, çəkindirici və  güclü Silahlı Qüvvələrə sahib olmağı zəruri edir. Bu keyfiyyətlərə malik silahlı qüvvələr üçün güclü quru, dəniz, hava və kosmik qüvvələr vacibdir. Göydəki qürurumuz, mavi vətənimizin sarsılmaz keşikçiləridir Hərbi Hava Qüvvələrimiz. Qürurla bildirməliyəm ki, uzun tarixi, bacarıqlı heyəti, üstün texnologiyası və böyük nailiyyətləri ilə Hərbi Hava Qüvvələrimiz ölkəmizin qürur mənbəyidir.

Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.

1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.Azərbaycan Ordusunun xüsusi qoşun növü olan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin fasiləsiz qorunması, habelə havadan ola biləcək bütün təhdidlərə, hücumlara qarşı müdafiə, həmçinin Silahlı Qüvvələrin digər qoşun növlərinin döyüş tapşırıqlarının icrasında döyüş dəstəyi fəaliyyətini  yerinə yetirir. Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə 1919-cu ildə (“Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi” əsasında) bir qrup azərbaycanlının Gürcüstanın Tiflisdəki Aviasiya məktəbinə hərbi təyyarəçi peşəsinə yiyələnmələri və kadr hazırlığı üçün ezam olunmaları, habelə həmin ilin avqust-sentyabr aylarında Aviasiya dəstə rəisi müavininin təyini və Aviasiya dəstəsinin ştatının təsdiqi Hərbi Hava Qüvvələrinin yaranma tarixi kimi əsas götürülür. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan qoşun növü kimi Hərbi Hava Qüvvələri 1992-ci ilin fevral ayının 14-də təsis olunmuşdur və həmin vaxtdan bu tarix “Hərbi Hava Qüvvələri Günü” kimi qeyd edilir. 15 oktyabr 1997-ci ildə kadr hazırlığı üzrə mühüm tarixi hadisə kimi müstəqil Azərbaycan Respublikasında ilk milli hərbi təyyarəçilərin buraxılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu tarixi hadisənin önəmini, əhəmiyyətini və məsuliyyətini ifadə edən nitqindən sitat: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər.”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli və uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu qoşun növünə ayırdığı diqqət və qayğı nəticəsində Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, maddi-texniki bazanın, silah arsenalının və döyüş texnikalarının zənginləşdirilməsi, habelə strukturunda aparılan təkmilləşdirmə fəaliyyətləri Silahlı Qüvvələrin prioritet məsələləri sırasında mühüm yer tutur. HHQ-nin şəxsi heyəti həlledici məqamlarda, Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır. Zəfərin başlanğıcı olan Aprel döyüşlərində HHQ qarşı tərəfə uğurlu zərbələr endirib. Döyüşdə “Mi-24” helikopterinin üç pilotu – Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar, yüksək pilotaja malik pilotların yetişdirilməsi davam etdirilir. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.

Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Azərbaycan Silahlı Qüvvələri dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan ordusu yenilməz, möhtəşəm, peşəkar və güclüdür. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusudur.Tarix yazan rəşadətli Azərbaycan ordusudur.

Fevralın 14-ü Azərbaycan   Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması  günü münasibətilə bayrağımızı səmada qürurla dalğalandıran bütün qəhrəmanlarımızı ürəkdən salamlayıram. Hərbi Hava Qüvvələri günü münasibətilə bayrağımızı səmada qürurla dalğalandıran bütün qəhrəmanlarımızı  və bu sahədə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!  44 günlük Vətən müharibəsi bizim şanlı qürur mənbəyimizdir.

Allah bütün Şəhidlərə rəhmət etsin! Şəhidlərimizə allahdan rəhmət diləyirəm, məkanları cennet olsun. Qazilərimizə can sağlığı diləyirəm. Şəhidlərimizin əziz xatirəsi sönməz bir məşalə kimi ruhlarımızı daim atəşlı və oyanıq tutacaqdır.

Yaşasın Xilaskar Ali Baş Komandanımız cənab İlham Əliyev! Yaşasın Müzəffər Ordumuz!  Yaşasın Qalib Xalqımız! Eşq olsun güclü Azərbaycan Ordusuna! Azərbaycan əbədi olaraq yaşayacaq, yaşadılacaqdır və yaşadacaqdır!

Qarabağ Azərbaycandır!

s.e.f.d., dos. Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Siyasi İdarəetmə fakültəsinin dekanı