Zərdabda 3 uşaq atası özünü öldürdü-FOTO

135

Üç övlad atası olan gənc oğlan intihar edərək həyatına qəsd edib.

Kanal32.az xəbər verir ki,hadisə fevralın 3-ü təxminən axşam saat 18:00 radələrində Zərdab rayonunun Məlikli kəndində baş verib.

Belə ki,1990-cı il təvəllüdlü Manaflı Laçın Əmrah oğlu evlərinin yaxınlığındakı tövlənin damında özünün asaraq öldürüb.

Yaxınlarının “Kanal32”-yə verdiyi məlumata görə,üç azyaşlı övlad atası olan 30 yaşlı Laçın Manaflının hər hansı ailədaxili problemi olmayıb.Mərhum ziyalı ailənin övladıdır və ata-anası müəllimdir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.Olay yerinə Zərdab Rayon Prokurorluğunun və Polis şöbəsinin əməkldaşları gəlib.

Faktla bağlı AR.CM.-nın müvafiq maddələri ilə cinayət işi açılıb,hadisənin baş vermə səbəbləri araşdırılır.

Kanal32.az