Ali Məhkəmənin sədrinə ŞİKAYƏT VAR

150
Ölkəmizdə məhkəmə-hüquq islahatları çərçivəsində qəbul olunmuş Azərbaycan Respublikasının Mülki-prosessual Məcəlləsində mülki prosessual qanunvericilikdə bir sıra diqqətçəkən hüquq normaları təsbit olunub. Bu normalar məhkəmə quruluşu sistemindəki dəyişikliklərlə yanaşı, mübahisələrin həllini, çəkişmə prinsiplərini hərtərəfli tətbiq etməklə yeni yanaşma tərzini özündə əks etdirir.
.Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.Amma Goranboy rayon məhkəməsi, Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının 11 (on bir) dəfə pozulmasını və kassasiya şikayətimin dəlillərinə hüquqi qiymət vermədən iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi 05.02.2019-cu il tarixli qətnaməsini qanunsuz və əsassız olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır.
Bu cür qanun pozuntuları barədə “DunyaninSesi.Az” saytı vasitəsi ilə Goranboy rayon Şəfəq kəndində yaşayan Bayramov Vidadi Qədir oğlu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə  ərizə ilə müraciət etmişdir.Həmin ərizəni olduğu kimi təqdim edirik.
                                                    ƏRİZƏ
Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, o, kassasiya qaydasında ədalət məhkəməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
Hörmətli sədr, mənim 78 yaşım var, özüm ixtisasca avtomobil sürücüsüyəm.
İddianı fərqləndirən iki element vardır.
1-ci iddianın predmeti və onun əsası:
İddianın predmeti iddiaçının barəsində qərar qəbul olumasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırdığı hüquqi faktlar təşkil edir.
Ali Məhkəmənin Milli Kollegiyası, hakimlər  Əliyev Ələsgər Əliabbas oğlu sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkib 29.09.2019-cu il tarixdə ( iş 2( 102)-5902/ 2019) işə baxarkən iddiamın predmeti, tələbim Goranboy rayonu  Şəfəq kəndində doğulmuş Bayramov İzzət Qədir oğluna, Goranboy rayon AİK-nın 02.09.1998- ci il tarixli 31 saylı qərarı ilə miras əmlak olan 0.24 ha həyətyanı torpaq sahəsinə tərtib olunmuş JN-221A  saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ( kod 50900168), həmin Şəhadətnamə əsasında tərtib olunmuş 4 (dörd) ədəd qanunsuz sənədin Bayramov İzzət Qədir oğluna və qeyrilərinə münasibətdə ləğv edilməsindən və qanun üzrə vərəsələrin tanınması, miras payların vərəsələr arasında müəyyən edilərək mülkiyyət hüququ verilməsindən ibarət olmuşdur.
Mən, Goranboy rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli 2( 045)-252/28 saylı qətnaməsindən Apellyasiya şikayəti verərək xahiş etdim ki, Goranboy rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli  2(045)-252/18 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş hissəsi dəyişdirilmədən qüvvədə saxlanılsın, iddia tələbimin təmin olunmayan hissəsi ləğv edilsin. İddia tələbimdə torpağın mülkiyyətə verilməsinə dair JN-221A saylı Şəhadətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik hüququ əsasında Dövlət reyestrindən cavabdeh Bayramova Raya Qara qızına RX seriyalı 0949295 №-li Çıxarışın ləğv edilməsi barədə və qanun üzrə vərəsələrin tanınması , miras payların vərəsələr arasında müyyən edilərək mülkiyyət hüququ verilməsi haqqında yeni qətnamə qət edəsiniz.
Apellyasiya Məhkəməsi heç bir əsas olmadan, nədənsə iş üzrə Goranboy rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli 2(045)-252/18 saylı qətnaməsi ilə qismən təyin olunmuş qət edildiyi hissəsində ləğv etmiş. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təlbim təmin edilmədən, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası mənim Kassasiya  şikayətimi səthi oxumaqla, Kassasiya şikayətimi təmin etmədən Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2019-cu il tarixli qətnaməsini məlum olmayan səbəblərə görə dəyişdirilmədən saxlamışdır.
Mənim verdiyim kassasiya şikayətimə baxılmamışdan 17 gün qabaq, yəni 03.09.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisin sədrinə, Ədliyyə Nazirliyi Məhkəmə hüquq şurasının sədrinə, şəxsən Ali Məhkəmənin hakimi Ələsgər Əliyevə sifarişli, xəbərnaməli poçt vasitəsilə ərizə ilə müraciət etmişdim ki, mənim kassasiya şikayətimə ədalətlə baxılmasına nəzarət edilməsini xahiş etmişdim.
Milli Məclisə daxil olmuş ərizəm 10.09.2019-cu il tarixdə baxılmaq üçün 014/4637 № ilə Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri, hakimlərin toxunulmazlığı haqqında Konstitusiyasının 128-ci maddəsindən istifadə edərək mənim şikayətimi əsassız olaraq təmin etməmişdir.
Halbuki AR-sı Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə AR-nin Milli Məclisi təyin edir.
Mənim 27 dekabr 2019-cu il tarixdə verdiyim əlavə kassasiya şikayətində göstərdiyim dəlillər və faktlar kassasiya instansiya şikayətim AR-sı Ali Məhkəməsinin Pleniumunun baxışına çıxarıla bilər.
Belə ki, AR-sı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Halbuki, Apellyasiya məhkəməsi 05.02.2019-cu ildə işə baxarkən işdə olan aşağıda adları qeyd olan faktları və sübutları nəzərə almadan vərəsəliklə bağlı hüquqlarımın pozulması ilə nəticələnən, maddi hüquq normalarının pozulması ilə qətnamə qət etmişdir. Belə ki,
  1. Atamızın ölümündən sonra Qanun üzrə vərəsələrin və vəsiyyətnamə üzrə vərəsələrin mirası qəbul etməməsi faktını ( anamızdan başqa) araşdırmayıb;
  2. Atamız 1990-cı ildə öldükdən sonra ailə başçısı anamız olmaqla torpaq və evin anamızın təsərrüfatına keçməsi faktı;
  3. Torpqa islahatı haqqında AR Qanununun 02.08.1996-cı il tarixdə qanuni qüvvəyə minməsi faktını;
  4. İşdə olan arxiv arayışına görə Bayramov İzzət Qədir oğlunun Goranboy rayonu Şəfəq kənd ərazi nümayəndəliyinə Sumqayıt şəhərindən 07.07.1996-cı il tarixdə gəlməsi faktını;
  5. Bayramov İzzət Qədir oğlunun istifadəsində 02.08.1996-cı il tarixədək 0.24 ha həyətyanı torpaq olmamasl faktını;
  6. 0.24 ha /torpaq sahəsinin miras əmlak olması faktını;
  7. Gəncə Apellyasiya Məhkəmsi Torpaq islahatı haqqında AR Qanununun 9-cu  və 10-cu maddələrini nəzərə almamasl faktını;
  8. AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.02.2019-cu il tarixdə vermiş olduğu arayışdan məlum olur ki, Bayramov İzzət  Qədir oğluna 10 noyabr 2005-ci ildə Bərdə RPŞ- i tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş, həmin tarixdən də Goranboy rayonunun Şəfəq kəndinə qeydiyyata düşməsinə baxmayaraq Şəfəq kəndinin torpaqlarından özəlləşmə ilə əlaqədar olaraq 1998-ci ildə İzzətin mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsi verilib. Halbuki İzzət Bayramov 10.11.2005-ci ildə Şəfəq kəndinə qeydiyyata düşəndə ” Dövlət AİK-nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 mart tarixli 290 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanla qüvvədən düşmüşdür.
  9. Bundan başqa işdə olan Goranboy rayon Xalq Məhkəməsinin 10.09.1996-cı il qanunu qüvvədə olan qətnaməsi ilə mübahisə predmeti olan evin 6/ 26 hissəsinə Kamal Bayramovun, 26/9 hissəsinə Sumayə Bayramovanın mülkiyyət hüquqları tanınmışdır. Goranboy rayon adı çəkilən Xalq Məhkəməsinin qətnaməsi ilə mübahisəli mülkə iki nəfərin mülkiyyət hüququnun tanınmasına baxmayaraq 20 ildən sonra məhkəmə qətnaməsilə bölünüb verilmiş mülkə 22 noyabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın Reyestrində “vərəsə” Bayyramov İzzət Qədir oğlunun adına qeydiyyata alınaraq 87, 1 m2  olan yaşayış evinə və evin 0.24 ha həyətyanı torpaq sahəsinə  Dövlət Reyestrindən RX0949023 saylı Çıxarış verilmişdir.
  10. Olmayan Əmlaka çıxarış verilməsi faktına Apellyasiya Məhkəməsinin hskimi Azər Bayramov öz münasibətini bildirməmişdir.
  11.  Gəncə Apellyasiya Məhkəməsi 05.02.2019- cu il tarixdə işə baxarkən vəsiyyət üzrə vərəsələrdən Kamalın və İzzətin vəsiyyət edilən əmlaklar üzərində vərəsəlik hüququnun yaranıb və yaranmaması hallarına da düzgün baxmayıb, hansı ki, vəsiyyət edənlərdən Qədir və Sumayə- ər- arvad öldükləri məqamadək bütün əmlakları miras əmlaka daxil olmamışdır, yəni vəsiyyət edilən əmlaklar öldükləri məqamadək ayrı- ayrı qeydiyyat orqanları tərəfindən qeydiyyata alınmadığından vəziyyət üzrə vərəsələrin evə və digər əmlaklara vərəsəlik hüququ yarana bilməzdi. Göstərilən bu faktlara da Apellyasiya Məhkəməsinin MK-nın hakimləri hüquqi qiymət verməyiblər.
Kassasiya instansiya məhkəməsi, Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının 11 (on bir) dəfə pozulmasını və kassasiya şikayətimin dəlillərinə hüquqi qiymət vermədən iş üzrə Gəncə Apellyasia Məhkəməsinin qəbul etdiyi 05.02.2019-cu il tarixli qətnaməsini qanunsuz və əsassız olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır.
Beləliklə, Kassasiya instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən AR Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmədiyindən, vərəsəlik hüquqlarının pozulması ilə nəticələnmiş, qərar qəbul etmişdir.
Kassasiya şikayətimdə göstərdiyim faktlar və sübutlar kassasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınsaydı, bir qrup dələduz şəxslər tərəfindən məhkəmə mübahisəsi getdiyi müddətdə, yəni 14.12.2016- cı il tarixdə görüntülü olaraq alqı- satqı müqaviləsilə satılmış miras əmlakları ləğv olunardı, qanuni vərəsə kimi miras əmlakdan pay almaq hüququ bərpa olunardı.
Görüntülü olaraq satılmış ata mülkümdə hal- hazırda iddia ərizəmdə göstərdiyim cavabdeh Bayramova Raya Qara qızı yaşayır.
Odur ki, mənim əlavə kassasiya şikayətimi Azərbaycan Respublikası  Ali Məhkəməsinin Plenumunun baxışına çıxarmağınızı xahiş edirəm.

Hörmətlə, Bayramov Vidadi Qədir oğlu