Sevil Yusifova Gəncədə izdihamlı görüşlər keçirir-FOTO-VİDEO

203

38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd “Tərəqqi medal”lı tanınmış jurnalist, ictimai xadim Sevil Yusifova seçiciləri ilə görüşlərini davam etdirir.

Kanal32.az xəbər verir ki, Sevil Yusifova M.Gəncəvi adına Mədəniyyət Mərkəzində seçicilərlə izdihamlı görüş keçirib.Seçicilərin olduqca böyük maraq göstərdiyi görüşdə gənclər,xanımlar,ağsaqqallar,bir sözlə 100 nəfərdən çox insan iştirak edib.Toplantı Azərbaycan Respublikasının Dövlət himinin səsələnməsi ilə başlayıb.

Ardınca deputatlğa namizəd Sevil Yusifovanın vəkilləri görüşü açıq elan edib və onun haqqında ətraflı məlumat veriblər.Sonra ictimai xadim Sevil Yusifova özünün seçki platforması haqda danışıb, seçiciləri maraqlandıran məsələlər barədə müzakirə aparılıb.Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd deyib ki, əsl millət vəkili xalqla hökumət, xalqla dövlət arasında körpü olmalı, seçiciləri maraqlandıran məsələləri öyrənməli, parlamentdə səsləndirməli, qanunların qəbulunda səmərəli təşəbbüslə çıxış etməli və bu prosesdə fəal şəkildə iştirak etməlidir. Sevil Yusifova seçicilərinə öz dərin minnətdarlığını ifadə etməklə yanaşı, onların hər birinə səsvermə günü seçki məntəqələrinə gedərək layiq bildikləri namizədə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər bildiriblər ki,onlar heç vaxt ailəsini idarə edə bilməyənlərə,yalançı vədlər verənlərə,tariximizi və tarixi şəxsiyyətlərimizi aşağılayanlara YOX deyəcəklər və 9 fevral günün məhz Sevil Yusifovaya SƏS VERƏCƏKLƏR…

Sevil Yusifova təbliğat-təşviqat kampaniyası çərçivəsində namizəd olduğu dairədə xanımlarla da görüşüb. Səmimi atmosferdə baş tutan görüşdə çıxış edən xanımlar bildiriblər ki, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə layiqli qadın namizədlər var və onlardan biri də 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən parlamentə ən layiqli namizəd olan Sevil Yusifovadır. Seçicilər vurğulayıblar ki, deputatlığa namizəd Sevil Yusifova özünün yüksək intellekti, bacarığı, səmimiliyi, təvazökarlığı və digər namizədlərdən fərqli platforması ilə seçilir.

Sevil Yusifova, həmçinin şəhid ailələri və Qarabağ əlillərinin ailələri də görüşlər
keçirib.Onların problemlərini dinləyib və bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün gələcək planlarından danışıb.

Qeyd edək ki, Sevil Yusifova 38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa ən şanslı namizədlərdən biri hesab olunur. Onun əsas seçici elektoratı Şəhid ailələri, Qarabağ qaziləri, əlillər, işsizləri, aztəminatlı ailələr, zəhmətkeşlər, xanımlar, elm adamları, gənclər, jurnalistlər, ictimai fəallar və ziyalılardır.

Gəlin deputatlığa namizəd Sevil Yusifovanı bir daha yaxından tanıyaq:

Sevil Yusifova 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına qəbul olub. 1999-cu ildə aspiranturanı bitirib. “Abbas Tufarqanlının mühiti və yaradıcılığı” adlı monoqrafiyanın müəllifidir. O, 1994-cü ildə “525-ci qəzet”də müxbir kimi işə başlayıb, ondan sora müxtəlif media orqanlarında (“Ekskuliziv” informasiya agentliyində, “Panorama”, “Gündəlik Azərbaycan” qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr üzrə redaktor və s. vəzifələrində çalışıb.

AzTV, GünazTV, ELTV ilə əməkdaşlıq edib, “İşgüzar qadın”, “Gender” televiziya verlişlərinin müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi “Ruh” AJMK-da monitorinq qrupun rəhbəri olub. 2006-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. Bu günə kimi bu vəzifəni icra edir. O 19 dekabr 2012-ci ildə Milli QHT Forumun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. 2017-ci ildə isə MQF-nin vitse-prezidenti təyin edilib. Sevil Yusifova İTV-nin Yayım Şurasının üzvüdür.

O, 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan əlavə Azərbaycan Jurnalistlər Birliyinin “Zərdabi” və digər qurumların “Yaxşıların ən yaxşısı”, “Media ulduzu” və s. mükafatları ilə təltif edilib. S. Yusifova “Gürcüstan-Azərbaycan” dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə və Azərbaycan həqiqətlərinin gürcü mətbuatında uğurla işıqlandırılmasına və Azərbaycanda maarifçilik işinin fəal şəkildə həyata keçirməsinə görə bir qrup nüfuzlu təşkilatlar tərəfindən təltif edilib.

“Zərif imzalar”, “Elegant Signatures”, “Mübariz yol” kitablarının tərtibçisi-müəllifidir. “Media və Hüquq” kitabının redaktorudu.

S.Yusifova Gürcüstanda gürcü dilində “Xocalı soyqırımı. Faktların dili ilə” kitabını dərc etdirib. Narkomaniya əleyhinə sosial reklam hazırlayıb, həmin sosial-reklamlar İTV, Xəzər TV, ElTV-də yayımlanıb.

Dəfələrlə xarici ölkələrdə “Qafqaz evi və ermənilər”, “Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək”, “Ermənistanın işğalçılıq siyasəti”, “Erməni yalanları”, “Gürcüstan mətbuatında Qarabağ həqiqətləri”, “İrəvansız-100 il”, “Uşaqlığı oğurlanmışlar. Qarabağ müharibəsinin şahidləri” və s. beynəlxalq konfransları gerçəkləşdirib. S.Yusifova Xocalı soyqırımının ildönümdə İstanbulda, Ankarada “Xocalı harayı” adlı tədbir keçirib, soyqırımın qəbul edilməsi çağırışı ilə TBMM-nin sədrinə, millət vəkillərinə müarciət edib.

S.Yusifova iki yüzdən çox təhsilə dair, sosial yönümlü və mədəni layihələri gerçəkləşdirib: “Gənclər hər cür zorakılığa qarşı”, “Qadın sağlamlığı. Reabilitasiya”,“Qızların təhsildən tez ayrılmasının səbəbləri”4 nömrəli Respublika Xüsusi İnternat məktəbində Respublika Gününə həsr olunmuş “Elm öyrənərək”, “Tariximizi öyrənək”, “Hepatitlə mübarizə aksiyası!”, “Genofondumuzu qoruyaq!”, “Uşaq mətbuatı bu gün: problemlər, perespektivlər”,”Milli uşaq telekanalının yaradılması yolları”, “Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi dili”, “Şərqdə ilk demokratik Respublika. Azərbaycan qadını” və s.

Tarixdə ilk dəfə “I Respublika Jurnalist Qadınların Forumu”nu reallaşdırıb. O, Forumun ideya müəllifi və təşkilat komitəsinin sədri olub. Bişkekdə keçirilən Türkdilli Ölkələrin və Toplumların III Media Forumunda Azərbaycanı təmsil edib və məruzəçi olub.

Azərbaycanda ilk dəfə jurnalistlər və aztəminatlı ailələr üçün “Ankara Medikal” klinikasında pulsuz “chek up” müayinələr təşkil edib. S.Yusifovanın şəxsi dəvəti və təşkilatçılığı ilə Türkiyədən bir qrup həkimlər Dr.Mətin Yurdakoş və Dr.Serbülənt Orhanerin vətəndaşlarımızı pulsuz müayinə və müalicə ediblər.

Eyni zamanda Sevil xanım ölkədə ilk dəfə Türkiyənin məşhur “Viral hepatit” mərkəzinin səyyar laborotoriyasını Azərbaycana gətirdib. Bakıda, Lənkəranda, Gəncədə, Ağstafada və s. şəhərlərimizdə aztəminatlı ailələrin üzvləri, o cümlədən tələbələr, jurnalistlər pulsuz müayinə olunublar. Hepatit xəstələri isə türk professor tərəfindən pulsuz müalicə ediliblər.

S.Yusifova Avropa Şurası Bakı Ofisinin 2018-2019-cu illər ərzində reallaşdırdığı “Azərbaycanda gender bərabərliyi və media azadlığı layihəsində təlimçi olub.

Sevil xanım müqəddəs Həcc, Ümrə, Məşhəd ziyarətlərində olub.

Kanal32.az