Deputatlığa namizəd Sevil Yusifova gəncləri belə təbrik etdi

129

38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd “Tərəqqi medal”lı tanınmış jurnalist,ictimai xadim Sevil Yusifova 2 Fevral Gənclər Günü münasibəti ilə gənclərə təbrik ünvanlayıb.

Deputatlığa namizəd Sevil Yusifova gənclərə müraciət edərək bildirib ki,bu gün Azərbaycan gənci yenilənən cəmiyyətimizin düşünən beyninə çevirilir.Gənclərimiz öyrənir,öyrədir, tədqiq edir və ölkəmizi dünyanda layiqincə təmsil edir.Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və dinamik proseslərin aparıcı qüvvəsinə çevrilir.Ünlü təhsil ocaqlarında bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və bayrağımızı zirvələrə qaldırır.

Əziz gənclər,sizlər çox hörmətli dövlət başçımızın güvəndiyi  və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyisiniz.

Əziz gənclər,sizə ən xoş əməllər naminə sözün həqiqi mənasında tükənməz gənclik enerjisi arzulayıram! Hər birinizi xalqımızın gələcəyində mühüm rol oynacaq növbədənkənar parlament seçkilərində aktiv iştirak etməyə və haqqın,ədalətin yanında olmağa çağırıram…

Kanal32.az