Paşinyanın Qarabağla bağlı MƏKİRLİ PLANI

35

Paşinyanın Qarabağda böyük imkanlara sahib olan sələfləri belə illərlə Madrid prinsiplərini öz həmvətənlərinin müzakirəsinə təqdim etmək qərarını verə bilməyib. Ona görə də Paşinyanın çıxışının əsas nəticəsi Madrid prinsiplərinin tənqid olunması və yekunda dəfn edilməsi ola bilər.

Axar.az xəbər verir ki, bu sözlər azərbaycanlı milyarder Fərhad Əhmədovun “Exo Moskva” radiosunun saytında dərc olunan məqaləsində yer alıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ danışıqlarının detalları və 7 rayonun işğaldan azad edilməsi tələbləri ilə bağlı açıqlamasına münasibət bildirilən məqalədə Paşinyanın bu prinsiplərin taleyini “xalq dəstəkləmir, xalqa qarşı gedə bilmərəm” bəyanatını verməklə həll etməyə çalışdığı qeyd edilib.

Məqalədə Paşinyanın Qarabağla bağlı gözlənilməz çıxışıyla ilk növbədə özünün daxili siyasi cəbhədəki problemlərini həll etməyə çalışdığını bildirilib:

“İlk növbədə o özünün “bir qarış da torpaq verməyəcəyik” deyə Dağlıq Qarabağla bağlı populist çıxışını təmin etməyə çalışır. Bu da onun seçicilərinin böyük çoxluğunun bugünkü əhval-ruhiyyəsinə uyğundur. İkincisi, özünü sələflərindən “daha böyük vətənpərvər” kimi təqdim etməklə Paşinyan siyasi rəqiblərini təqib etməsi üçün indulgensiyalar yazmış oldu. Üçüncüsü, özünə yaxın gələcəkdə dünya ictimaiyyəti tərəfindən mümkün tənqid üçün immunitet təmin etməyə çalışdı. Öz ünvanına səsləndirilən istənilən kritik bəyanata Ermənistan rəhbəri indi rahat cavab verə bilər ki, mən axı demokratam, xalqın səsini necə eşitməyə bilərəm?”

Milyarder uzunmüddətli həllin perspektivləri üçün illər ərzində görülən hazırlığın Paşinyan tərəfindən siyasi məqsədləri üçün bir dəqiqədə qurban verildiyini deyib