Namizəd Sevil Yusifovanın Gəncədə xanımlarla səmimi görüşü-FOTOLAR

297

38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd “Tərəqqi medal”lı tanınmış jurnalist,ictimai xadim Sevil Yusifova seçiciləri ilə görüşlərini davam etdirir.

Sevil Yusifova təbliğat-təşviqat kampaniyası çərçivəsində bu dəfə bir xanımla görüşüb.Olduqca səmi atmosverdə baş tutan görüşdə çıxış edən xanımlar bildiriblər ki,fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə layiqli qadın namizədlər var və onlardan biri də 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən parlamentə ən layiqli namizəd məhz Sevil Yusifovadır.Seçicilər onu da vurğulayıblar ki,deputatlığa namizəd Sevil Yusifova özünün yüksək intellekti,bacarığı,səmimiliyi, təvazökarlığı və digər namizədlərdən fərqli platforması ilə seçilir.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd  Sevil Yusifova deyib ki,əsl millət vəkili xalqla hökumət,xalqla dövlət arasında körpü olmalı, seçiciləri maraqlandıran məsələləri öyrənməli, parlamentdə səsləndirməli, qanunnların qəbulunda səmərəli təşəbbüslə çıxış etməli və bu prosesdə fəal şəkildə iştirak etməlidir.

Sevil Yusifova seçicilərinə öz dərin minnətdarlığını ifadə etməklə yanaşı,onların hər birinə səsvermə günü seçki məntəqələrinə gəlmələrini tövsiyə edib:”Seçkiyə gedin, layiq bildiyiniz namizədə səs verin.Səslərinizin saxtalaşdırılmasına imkan verməyin”.

Kanal32.az