Deputatlığa namizəd Filfilli sakinləri ilə görüşüb-FOTOLAR

176

Yanvar ayının 27-də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ən ucqar kəndlərindən olan Filfilli və Xaçmaz kəndində seçicilərlə görüşüb.

Yüksək səviyyədə keçən görüşlər zamanı deputatlığa namizədin vəkilləri çıxış edərək ölkədə gedən quruculuq işlərindən, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışıblar.Aqiyə Naxçıvanlı namizədi olduğu Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib.

Xaçmaz kəndındə seçicilər Aqiyə xanımı  izdihamla qarşıladılar. Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri Elza Gülməmmədova, Elçin Hacıyev, Arif İsayev, İbrahim Qocayev, Filfilli kəndindən seçicilər Füzuli Tağıyev, İlkin Ağayev, İlqar Məmmədov və başqaları Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildirdilər və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.Onlar deputatlığa namizəd Aqiyə Naxçıvanlıya dəstək ifadə ediblər.

Bundan əvvəlki deputatlığı dövründə Milli Məclis tribunasından Filfilli və Xaçmaz kəndilərinin problemlərini dəfələrlə səsləndirdiyinə və həllində onlara etdiyi köməkliklərə görə seçicilər Aqiyə xanıma minnətdarlıqlarını bildiridlər.

Sonda Aqiyə Naxçıvanlı seçiciləri dinlədi, onların problemləri ilə maraqlandı və daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal olmağa çağırdı.

 

azpolitika