“Buta” Körpələr evi-uşaq bağçasının məzunu Avropa çempion olub.
Kanal32.az xəbər verir ki,Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən boks yarışında ölkəmizi təmsil edən “Buta” körpələr evi – uşaq bağçasının məzunu Mustafayev Elnur Yelmar oğlu serbiyalı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Üçrəngli bayrağmızı ucaldan Elnur Mustafayev bununla ikiqat WAKO Avropa çempionu adını qazanıb.
“Buta” Körpələr evi-uşaq bağçasının rəhbərliyi və bütün kollektivi məzunlarını qazandığı qələbə münasibəti ilə ürəkdən təbrik edir, ona sağlamlıq və əzəmətli bayrağımızı daim yüksəklərə qaldırmağı arzulayırlar!
Kanal32.az