Sənə Zəfər Yaraşır!

Tariximin əzəli,

Natəvanın qəzəli,

Xan, Bülbülün nəfəsi,

Üzeyirin nəğməsi,

Sənə zəfər yaraşır!

 

Vaqifdən İlham alan

Qoşmalar çələngisən,

Gecələrin ayından

Ulduz çalan sehirsən.

Sənə zəfər yaraşır!

 

Xarıbülbül ətrindən

Gül qoxan təzə tərsən,

Əsgərimin səsində

Xudayar təsnifisən.

Sənə zəfər yaraşır!

 

Savalan zirvəsindən

Qartal təki qıy vuran,

Arazın o tayından

Şəhriyarın eşqisən.

Sənə zəfər yaraşır!

 

İgidlər məskənisən,

Musiqi beşiyisən,

Qafqazın incisisən

Şuşana  yox bənzərin,

Sənə zəfər yaraşır!

Azərbaycanım mənim!

Sədidə Ömər

İstanbul Universiteti doktorantı, telejurnalist 

08.05.2021 Şuşa