“İnsan Resursları üzrə Peşə hazırlığı” proqramının ilk məzunları-FOTOLAR

Azərbaycan HR İnstitutu ölkəmizdə ilk dəfə olaraq “İnsan Resursları üzrə Peşə hazırlığı” (İRPH) proqramının tədrisinə başlanılıb.

Kanal32.az-ın məlumatına görə,tədris proqramı İnsan resursları sahəsinin bütün əsas modullarını əhatə etməklə, peşəkar müəllim heyəti tərəfindən beynəlxalq standartlara əsasən həyata keçirilib. Hilton Baku otelində İnsan Resursları üzrə Peşə hazırlığı (İRPH) proqramı “Məzunlarının təltifolunma” tədbiri baş tutub.

Tədbirdə Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov çıxış edərək, İnsan resursları üzrə kadr hazırlığının önəmi və ölkəmizdə bu sahəyə xüsusi diqqətin olduğunu vurğulamışdır. GDG Professionals şirkətinin Baş direktoru Gülzar Quliyeva tərəfindən “İnsan Resursları üzrə Peşə hazırlığı” (İRPH) proqramının məzunlarına “HR masterklass” keçirilib.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı şöbəsinin müdiri Kənan Bağırov tədbirdə çıxış edərək Azərbaycan HR İnstitutunun cari fəaliyyətini yüksək qiymətləndirib, “İnsan Resursları üzrə Peşə hazırlığı” (İRPH) proqramının məzunlarına gələcək karyera fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki,ölkəmizdə İnsan kapitalının inkişafını qarşıya əsas məqsəd qoymuş Azərbaycan HR İnstitutu həmçinin İnsan resursları üzrə beynəlxalq akkreditasiyadan keçmiş “Milli Sertifikasiya” proqramlarının peşəkar tədrisinə başlanılıb.

Kanal32.az