Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, o cümlədən şəhid övladları Ümid Quliyev və Əsnad İsmayılova Vətən Müharibəsinin böyük bir qəhrəmanlıq dastanı olduğunu qeyd etdi. Natiqlər tədbirin təşkilatçılığına görə minnətdarlıqlarını bildirdilər.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin sifarişi, şəhid övladlarının iştirakı ilə hazırlanan “Şəhid övladlarının zəfər sədası” adlı klip kompozisiyasının təqdimatı olub. Təqdimatdan sonra İctimai Birliyin sədri Pərişan Əsədova, layihə rəhbəri Həcər Əkbərova, klip kompozisiyasının sözlərinin müəllifi Baba Vəziroğlu, bəstəkarı Sevinc Tofiqqızı çıxış etdilər.