Corctaun Universitetinin Qətər filialı ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun ABŞ-ın məşhur Corctaun Universitetinin Qətər filialının rektoru professor Klayd Vilkoks ilə görüşündə bu mötəbər universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlığının perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tərəflər təhsil və elmi tədqiqatlar üzrə əlaqələrin qurulmasının faydalı olacağını qeyd ediblər. Eyni zamanda, tələbə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonda səfir R.İsmayılov Heydər Əliyev Fondunun təşəbbüsü ilə ingilis dilində nəşr olunmuş “Karabakh before and after occupation” adlı kitabı professor Klayd Vilkoksa təqdim edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə