Qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş işğalçı Ermənistanın döyüş texnikalarının nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı tədbir təşkil edilib. Azerforum.com xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Veteran Tankçılar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə deputatlar Jalə Əhmədova, Ramin Məmmədov, Naqif Həmzə, Vüqar İsgəndərov, həmçinin Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Vətən müharibəsi iştirakçıları, hərbçilər, tələbə və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.