Azad edilməsinin birinci ildönümü günlərində Suqovuşanda olmaq şərəfinə nail olduq. Orada “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İB, Sahibkar Qadınlar Assosiyası, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB olaraq, Tərtərin İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun iştirakı ilə Suqovuşanda xidmət edən hərbçilərimiz, quruculuq, təmir-bərpa işi görən mülki vətəndaşlarımızla görüşdük. Onlara Qarabağ motivli xatirə hədiyələri təqdim etdik, torpaqlarımızın azad edilməsinin ildönümü münasibəti ilə təbriklərimizi çatdırdıq.
Əlbəttə, Suqovuşanın azad olunmasının strateji önəmi mübahisə mövzusu deyil. Suqovuşanda da bildirdiyimiz kimi, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti, prinsipiallığı, Silahlı Qüvvələrimizin fədakarlığı, dövlət-xalq birliyi qələbəmizi təmin edib. Belə bir strateji ərazimizin azad edilməsini təmin etmiş şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyir, yaralı qazilərimizə şəfa diləyir, müharibənin bütün iştirakçılarına salam-sayğılarımızı yetiririk.
Dövlətimiz var olsun!