“Azad olunmuş torpaqlarımız Şəhid, Qazi övladlarının gözü ilə”-FOTO

“Azad olunmuş torpaqlarımız Şəhid, Qazi övladlarının gözü ilə” layihəsi çərçivəsində növbəti tədbir Yevlaxdakı Heydər Əliyev Mərkəzində baş tutub.

Kanal32.az-ın məlumatına görə,Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzi “Azad olunmuş torpaqlarımız Şəhid, Qazi övladlarının gözü ilə ” layihəsi çərçivsəində ilk tamaşaçılarını qəbul edib. Belə ki, Yevlaxda yaşayan Şəhid və qazilərin övladları Heydər Əliyev  Mərkəzində olublar. Öncə mərkəzin direktoru Aygün Qasımova fidan balaları salamlayıb və onların burada qonaq olmasından məmnunluğunu ifadə edib, mərkəzin fəaliyyəti və uşaqların iştirakçısı olduğu layihə haqqında məlumat verib.

Ardınca balaca qonaqlar atalarının qanı, canı bahasına işğaldan azad olunmuş şəhər və rayonlarmız haqqında video çarxa baxıblar. Sonra Azərbaycanfilmin istehsalı olan ” Bir Qalanın Sirri ” filmi nümayiş olunub.

Kanal32.az