“Qarabağ” özündənrazı Kipr komandasını darmadağın etdi-VİDEO

Sentyabrın 30-da Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Kanal32.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olub. 4:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi xalını 4-ə yüksəldib və qrup lideri olub.

“Qarabağ” ilk turda Bakıda “Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edib.

H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.

30 sentyabr

Konfrans Liqası

H qrupu

23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:4

Qollar: Leçyaks, 40 (1:0), Kadi Borqes, 52 (1:1), Ramil Şeydayev, 73 (1:2), Maksim Medvedev, 79-pen (1:3), Kadi Borqes, 90+4 (1:4)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Omoniya” – “Qarabağ” oyunundan (1:4) videoicmalı təqdim edirik.

 

Kanal32.az