Millət vəkili Prezidentin BMT-nin sessiyasındakı çıxışından yazdı

Fəaliyyətinin bütün mərhələrində öz xidməti missiyasını layiqincə yerinə yetirən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən aparılan müdrik və praqmatik siyəsət nəticəsində ölkəmiz bütün sferalarda yüksək göstəricilər əldə etmiş, həmçinin beynəlxaq müstəvidə diqtə edən etibarlı və güclü dövlətlər sırasında öz layiqli yerini tutmuşdur. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesinin geniş vüsət alması, Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordularından birinə çevirdi. Məhz bunun nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uzun illər davam edən erməni işğalına son qoyub, torpaqlarımızı düşmən tapdağından azad etdi.

Ölkə başçısı hər zaman beynəlxalq konfranslarda, eləcə də xarici dövlət başçıları ilə ikitərəfli və çoxtərəfli formatda baş tutmuş görüşlərdə daim bizim xüsusi bir vəzifəmizin olduğunu qeyd edirdi ki, bu da Qarabağ məsələsinin sülh yolu ilə həll olunması idi. Bununla razılaşmaq istəməyən Ermənistan siyasi rəhbərliyi və xalqı cəmi 44 günlük Vətən müharibəsində, Azərbaycanın həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində kapitulyasiyaya məruz qaldı. 23 sentyabr 2021-ci il tarixdə BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın güclü dövlət olmasını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Qalib xalqın qalib Lideri kimi Ölkə Prezidenti Qoşulmama hərəkatına sədrlik edən Azərbaycan Respublikasının ölkədə və xaricdə baş verən ümumi qlobal çətinliklərə baxmayaraq, öz öhdəliklərini layiqincə yerinə yetirdiyini bildirdi. Daim humanist fikirləri ilə sülhün tərafdarı olan cənab İlham Əliyevin BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qəbul etdiyi qətnamələrin tələblərini əslində bütün dövlətlərin icra etməsinin vacibliyindən danışması həqiqəti əks etdirmişdir.

Bəli həqiqətən də 30 ilə yaxın müddət ərzində Ermənistan bu qətnamələrin tələblərinə zidd olaraq 20% ərazimizi işğal etmiş, sülh çağırışlarımıza məhəl qoymayıb işğalçılıq siyasətini davam etdirmişdir ki, sonda Azərbaycan bu məsələni müharibə yolu ilə həll etmək məcburiyyətində qalmış və nəticədə möhtəşəm Qələbə qazanmışdır. Ölkə başçısı cənab İlham Əliyev cari ildə başlanan və bütün dünyanı cənginə alan Covid-19 pandemiyasının hökm etdiyi bir zamanda Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının karonavirusla mübarizə fonduna 10 milyon dollar ianə və 30-dan çox ölkəyə humanitar yardım, maliyyə dəstəyi etdiyini və bununla yanaşı dünya ölkələrinin bu xəstəliklə mübarizəsinə ölkəmizin də layiqli töhfə verdiyini söyləməsi, həmçinin ölkəmizdə əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minumuma endirilməsi məqsədilə mühüm tədbirlərin həyata keçirilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımıza qarşı olan diqqət və qayğısının bariz nümunəsidir. Ölkəmizdə 2020-ci ilin yanvar ayından peyvəndləmə kampaniyasına başlanılıb və hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80%-dən artıq olmuşdur ki, Azərbaycan bunu özünün maliyyə resusları hesabına həyata keçirmişdir. Bütün bunlar Azərbaycanın iqtisadi göstəricilərinin də yüksək səviyyədə olduğunu sübuta yetirir.

Ölkə Prezidenti cənab İlham Əliyevin beynəlxalq tirubunadan səsləndirdiyi fikirlərdən biridə Azərbaycanın Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratması və hər kəs bunu nəzərə almasının zəruriliyi məsələsi idi. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Bundan əlavə dövlətimizin başçısının Ermənistanın revanşist fikirlər düşünərsə, bu ölkənin yenidən ağır məğlubiyyətlə üzləşəcəyini konkret olaraq bildirməsi, Ermənistan siyasi rəhbərliyinə verilmiş mesaj oldu.

Ölkə Prezidenti çıxışının sonunda bir daha bildirdi ki, Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir. Bütün bunlar onu göstərdi ki, həqiqətən Azərbaycan daxili və xarici məsələlərdə daim humanistlik nümayiş etdirən, sarsılmaz və əbədi müstəqilliyi olan, eyni zamanda beynəlxalq aləmdə öz imicini qoruyan qüdrətli və güclü dövlətdir!

İlham Məmmədov

Millət vəkili