Gəncəli Qarabağ əlilləri xalqımıza müraciət etdi -FOTO-VİDEO

403

Gəncə şəhərində yaşayan və ayaqlarının birini itirmiş bir qrup Qarabağ qazisi “Dövlət Bayraq Günü” münasibəti ilə Azərbaycan xalqını özlərinəməxsus şəkildə təbrik ediblər.

Kanal32.az-ın məlumatına görə,mini-futbol meydaçasında məşq edən əlil futbolçular bayram təbriki səsləndirməklə yanaşı,xaqımızı dövlətimiz,dövlətçiliyimiz və ərazi bütövlüyümüzün bərpası naminə birliyə səsləyiblər.

Məlumat üçün qeyd edək ki,Gəncə futbol məktəbinin yetirməsi olan İlham Səmədovun təşəbbüsü ilə ayaqlarını itirmiş Qarabağ əilillərindən ibarət futbol komandası formalaşıdırılıb və hazırda onlar  təlim-məşq toplanışı keçirilər.Fiziki və taktiki hazırlıqlarının üzərində işləyirlər.Gəncənin Qarabağ əlillərindən ibarət bu komandası qardaş Türkiyədə keçirilən yarışa dəvət alıblar.Bu işlərin təşkilatçılıq məsələrində 4 ildir heç bir yerdə işləməyən Əməkdar məşqçi Xəyal Hacızadənin də  rolu var.