Cəlilabad və Şəmkir rayonlarının keçmiş rəhbərləri tərəfindən rüşvətxorluq, korrupsiya, büdcə oğurluğuna dair İlham Əliyevin sadaladığı faktlar məyusluq yaradır.
Həqiqətən də, ilk dəfə deyil ki, Azərbaycan rayonlarının rəhbərləri səviyyəsində cinayət məsuliyyəti faktları üzə çıxır. İlk dəfə deyil ki, İlham Əliyev digər “tüstülənən” potensial cinayət işlərinə eyham vuraraq bu şəxslərə münasibətdə ciddi cəza tədbirlərindən bəhs edir. Ancaq yenə də gah bir, gah başqa rayonda “reallıqla əlaqəsini itirmiş” vəzifəli şəxslərin ifşası dövri olaraq təkrarlanır.
Problem kompleks xarakter daşıyır. Əvvəla, biz bu cür cinayətkar əməllərin ictimai-siyasi aqibətinin risкini nəzərə almalıyıq. Sıravi vətəndaşlar, obıvatellər neqativ idarəçilik nümunəsi əsasında çox vaxt bütün sistem haqqında mühakimə yürüdür və onu səviyyələrə ayırmırlar. Hər bir oğru rayon rəhbəri ölkənin sabitliyinə ciddi zərbədir. Miqyas böyük olmasa da, bu cür zərbələrin gətirdiyi risк arta bilər. Xüsusən də pandemiya kimi böhran dövründə.
–İlham Əliyev başqa cinayət işlərinin də yetişməkdə olduğuna eyham vurur…
İkinci problem – kadr yerdəyişmələrinin keyfiyyətli idarəolunmasıdır. Məmurların hazırlanması və səviyyəsinin yüksəldilməsi üçün əsas müəssisə Azərbaycan Dövlət İdarəetmə Akademiyasıdır. Onun mövcudluğunun 20 ili ərzində 4,5 minə yaxın məmur hazırlanıb, 1,5 mini dövlət idarəçiliyinə dair dissertasiya müdafiə edib.
Bu göstəricilərə baxmayaraq, ölkədə mənəvi və fədakar fəaliyyətə qabil olan peşəkar icraçıların çatışmazlığı problemi mövcuddur.
Aydındır ki, söhbət şəxsiyyətin daxili xarakterinin keyfiyyətlərindən gedir. Onların özülü isə erkən yaşlarda ailə və məktəbdə qoyulur. Odur ki, tələbə kütləsinin içərisindən ölkəyə sadiq olan və liderlik keyfiyyətləri daşıyan bu cür şəxsiyyətləri müəyyənləşdirmək üçün həssas köklənmiş alət tələb olunur. Bu isə zamanla Heydər Əliyev Fondunun və onun rəhbəri vitse-prezident Mehriban Əliyevanın sayəsində formalaşır. Fond orta məktəb səviyyəsi ilə bağlı müxtəlif təhsil proqramlarına (məsələn, “Yeniləşən Azərbaycana – yeni məktəb”) hamilik etməklə istedadlı gənclərin sonrakı təhsil və karyeralarında irəliləməsinə yardımçı olur.
Bu cür nümunələr elə də çox deyil, ancaq nazirlər səviyyəsində birinci ölçülü aşkar “ulduzlar” məhz Heydər Əliyev Fondunun kadr siyasəti hesabına parladı. Prezident Əliyevin ehtiyat fonduna düşmək üçün dövlət qulluqçularının keçdikləri zərif seçim ələyi maliyyə sağlamlığı (korrupsiyalaşmamış), yüksək etikası (dürüst) olan, dünyagörüşü cəhətdən hazırlıqlı və işinin predmetini bilən qüvvələri toplamağa imkan verir.
Hakimiyyətin bütün səviyyələrində – nazirlik və dövlət kompaniyalarının rəhbərlərindən rayon və bələdiyyə başçılarına qədər – aparılan yerdəyişmələrin bir neçə dalğası yeni normaların formalaşmasına və əvvəlki məmurların deqradasiyasını təmin edən köhnə davranış üsullarının sıxışdırılıb çıxarılmasına imkan verdi. Bu yeni normada mənəvi sima heç də peşəkar keyfiyyətlərdən az vacib deyil və bəlkə də daha vacibdir. Bu norma tədricən Azərbaycanda ölkənin istiqamətinin əsas trayektoriyasına çevrilir. Ancaq buna zaman lazımdır.
/virtualaz.org/