SSRİ-ni dağıdan, İslama müharibə elan edən Tetçerin ŞOK SİRRİ

Dünyada “Dəmir ledi” kimi tanınan İngiltərənin sabiq baş naziri Marqaret Tetçerin üç oxşarı olub.

Kanal32.az “teleqraf”ın məlumatına istinadən bildirir ki, “Dəmir ledi” ilə dəfələrlə müsahibə edən məşhur jurnalist Mixail Cockerell yazdığı kitabında iddia edib ki, öz dövrünün bir çox məşhur siyasətçisi və dövlət başçısı Tetçerə aşiq olub və onu dünyanən bir nömrəli cazibədar xanımı sayıb.

BBC-nin “Ponarama” verilişinin keçmiş müəllifi Cockerell “Liderlərimizin Maskasını çıxarma: Siyasi sənədli filminin müəllifinin etirafları” kitabında ilginc iddialar səsləndirib.

Jurnalist bir çox siyasətçini xanım Tetçeri dünya gözəli və dünyanın ən cazibəli xanımı hesab etdiyini qeyd edir. Bildirir ki, Fransanın sabiq prezidenti Mitteran Tetçerin gözlərini imperator Kaliquanın gözlərinə, ağzını isə Merlin Monronun ağzına bənzədirdi.

Jurnalist kitabında Tetçerlə etdiyi reportajlardan maraqlı nüansları da daxil edib. Reportajlardan birində jurnalistin “Neçə Tetçer var?” sualına üç Tetçer olduğunu bildirir və izah edir: biri intellektual, ikincisi intutiv, üçüncüsü isə evdəki qadın.

Marqaret Tetçerin müsahibəsini studiyadan izləyən BBC-nin əməkdaşı Robin Day isə Tetçerin cazibədar şəkildə danışdığını dilə gətirərək iddia edib ki, bu Marqarita Tetçerin seçki kampaniyasından danışılmayan hekayəsidir: “Mixail Cockerellə münasibət yaşayırdı”.

Məlumat üçün bildirək ki, xanım Tetçer XX əsr dünya siyasətində xüsusi rolu olan dövlət xadimlərindən sayılır. Məhz o SSRİ-nin sonuncu rəhbəri Qarbaçovu inandırmışdı ki, kommunizmdən imtina etmək və Qərb siyasi sisteminə keçid etmək lazımdır. SSRİ-nin süqutundan sonra Tetçer bəyan etmişdi ki, bundan sonra dünyanın mübarizə aparacağı əsas istiqamət İslam fundamentalizmi olacaq. O dövrdən indiyə qədər dünya “İslan fundamentalizmi” ilə mübarizə aparır.