Naxçıvanda Azərbaycan hökumətinin qanunları işləmir-FAKT

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.

Kanal32.az-ın xəbər verir ki, Naxçıvan MR-də bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə start verilib.

Məktəblərdə tədris iki növbəli həyata keçiriləcək.

Bu addım bir daha onu göstərir ki, Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun öz qanunları işləyir. Çünki Nazirlər Kabineti  11 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara görə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlanacaq və əyani formada təşkil ediləcək:

-ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində – 2021-ci il oktyabrın 1-dən;

-ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə – 2021-ci il sentyabrın 22-dən;

-ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə – 2021-ci il sentyabrın 29-dan.

 

P.S. Görəsən qibtə sözünün mənasını bilməyən bu adama qanunlarımızı dəfələrlə ayaqlar altına atdığına görə dur deyən olacaqmı???