Samara azərbaycanlılarından mənfur erməni “abidə”sinə ETİRAZ

Mənfur ermənilər Rusiya Federasiyasının Samara şəhərində erməni diasporunun təşkilatçılığı ilə 2-ci Qarabağ savaşında  məhv edilən separatçıların “xatirəsi”nə“ abidə qoyublar.

Bu addım sözügedən şəhərdə yaşayan soydaşlarımızın ciddi etirazına səbəb olub və bununla bağlı şəhər rəhbərliyinə rəsmi müraciət göndərilib.

Məlumatı ” Samara Azərbaycanlıları Məclisi”nin rəhbəri Elmar Rəsulov yayıb.

Kanal32.az həmin müraciəti olduğu kimi təqdim edir:

Samara əyalətinin qubernatoru Azarov D. İ.  Nəzərinizə çatdırırıq ki sizə qədər, 2003- cü ildə şəhərin mərkəzində  “Ovraqa podpolşikov” rayonunda, erməni opostol kilsəsi  Surb xaç ərazisində “Arsax müharibəsində öldülər” adlı abidə qoyulub.  Kilsəyə və ona inananalara bütün hörmətimizlə bildiririk ki, bu, millətlərarası münasibətlərə öz mənfi təsirini göstərəcək.

Biz, hüquq mühafizə orqanlarından, baş prokrorluqdan, əyalət qubernatorundan xahiş edirik ki, ekstremist abidənin kilsə ərazisində  qoyulmasının qanuni olub olmadığını yoxlasınlar.

Xüsusilə, heç bir dövlətin, o cümlədən Rusiyanın, hətta Ermənistanın özünün belə tanımadığı “Arsax” respublikasının Rusiya ilə, Samara əyaləti ilə nə əlaqəsi ola bilər.

Ermənilər bu vasitəylə, münaqişəni öz regionundan çıxarıb, çoxmillətli Rusiyaya transfer etmək istəyirlər. Və bunu o zaman edirlər ki, Rusiya prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir və biz heç vaxt bu münaqişənin və onun nəticələrini RF- nin ərazisinə keçməsinə imkan verə bilmərik.

Problemin mahiyyəti abidənin özü yox, onun üzərindəki yazıyla bağlıdır. Hanssıki, uzun illərdi münaqişə edən tərəflərin hər ikisi üçün ağrılı və yolverilməzdi.  Axı qanun heç vaxt bir tərəfin hüquqlarını qorumaq üçün qarşı tərəfin hüquqlarını tapdalaya bilməz.

Samara əyalət məmurlarının sərgilədiyi mövqe anlaşılan deyil. Ola bilməzki, bu məmurlar Rusiya prezidentinin qərar və göstərişlərindən xəbərsiz olsunlar. F3 No284, 22.10.2013 qərara əsasən onlar baş verə biləcək kofliktləri araşdırmalı və kökündən həll etməlidirlər.

Yəni doğrudanmı kilsə ərazisi hansısa diplomatik statusa malikdir ki, orada sözügedən abidənin qoyulması mümkün olsun? RF- in Azərbaycan əsilli vətəndaşları sözügedən abidənin, yaşadıqları şəhərin ərazisində, üzərində ” Arsax müharibəsində həlak olmuşlar” yazısıyla  qoyulmasından çox məyus olublar. Və hesab edirlər ki, bu, ekstremizim və millətlərarası dözümsüzlüyün bilərəkdən yaradılmasıdır.

Tələb edirik ki, qanunun aliliyi təmin edilsin və abidə sökülsün.

Rəsulov Elmar Adxam oğlu,

ROO ” Samara Azərbaycanlıları Məclisi” rəhbəri

-Mənfurların qoyduğu “abidə”nin fotosu-